"Leypsiq" ÇL-nin 14-də "Atletiko"nu yenərək sensasiya yaradıb - -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

"Leypsiq" ÇL-nin 1\4-də "Atletiko"nu yenərək sensasiya yaradıb -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

Portuqaliyanın paytaxtı Lissabonda futbol üzrə keçirilən UEFA Çempionlar Liqasının 1\4 final mərhələsini oyunları davam edir. Yarışların ikinci günü Almaniyanın "Leypsiq" klubu ilə İspaniyanın "Atletiko"su qarşılaşıb. "Joze Alvalade" stadinunda baş tutan oyunun favoriti madridlilər olsalar da qələbəni leypsiqlilər qazanıblar - 2:1. Alman klubunun bu gözlənilməz qələbəsi sözün əsil mənasında sensaysiya yaradıb. Gərgin mübarizə şəraitində keçən vurulan 3 qolla yadda qalan matçın birinci hissəsində tərəflərdən heç biri qol vura bilməyib. Matçın 50-ci dəqiqəsində Olmo dəqiq zərbə ilə hesabı açmaqla Almaniya təmsilçisin önə çıxarıb - 1:0. İspanlar bu qolun cavabını yalnız 71-ci dəqiqədə penalti ilə verə biliblər - 1:1. Qolun müəllifi 58-ci dəqiqədə meydana çıxan Joau Feliks olub. Lakin bu qol oyunda sonuncu olmayıb. Qarşılaşmanın bitməsinə 2 dəqiqə qalmış (88-ci dəqiqə) Tayler Adams meydana çıxdığından 16 dəqiqə sonra səhnəyə çıxır və onun vurduğu top ispaniyalılardan birinin ayağına dtoxunaraq, qapı toruna düşür. Bununla da "Leypsiq"i oyun ərzində ikinci dəfə yenidən hesabda irli çıxarır - 2:1. Bu matçda vurulan son qol olur. Beləlikl, "PSJ"-nin (Fransa) ardından ÇL-nin yarımfinalına çıxan ikinci komanda olub. İndi "Lepsiq"i avqustun 18-də "PSJ" ilə yarımfinal oyunu gözləyir.
Bir məqamı da qeyd edək ki, yarımfinal oyunları bir stadionda keçirildiyi üçün raqiblər bir dəfə qarşılaşırlar.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !