"Həyatı Bahasına Həyat Qurtaranlar" adlı onlayn foto sərgi - - AZpress. AZ,Minə Türksoy

"Həyatı Bahasına Həyat Qurtaranlar" adlı onlayn foto sərgi - AZpress. AZ,Minə Türksoy

 AZpress.AZ saytı bildiririk ki ,Azərbaycan ilə İran arasında dostluğun tarixi minilliklərlə hesablanır. Lakin ölkələrimiz arasında mehriban qonşuluq və dostluq bağları ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt əsasında son dövrdə daha da möhkəmlənmişdir. Hazırda Azərbaycanla İran arasında mehriban qonşuluq və dostluq münasibətləri daha sürətlə inkişaf etməkdədir. Son zamanlarda COVİD-19 qlobal pandemiyası dövründə hər iki ölkənin mədəni əlaqələrinə tövhə olaraq silsilə şəklində müxtəlif tədbirlər həyata keçirilir. Xatırladaq ki,Yasamal rayon Heydər Əliyev Mərkəzi koronavirus pandemiyası dövründə bir çox səfirliklərlə birgə əməkdaşlıq edərək onlayn sərgi-müsabiqələr, bir sıra sosial layihə və tədbirlər həyata keçirmişdir. İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə COVİD-19 qlobal pandemiyası dövründə "Azərbaycan və İran həkimlərinin fədakarlığı iki ölkə yeniyetmələrinin baxışında" adlı onlayn sərgi-müsabiqəsi və eyni zamanda COVİD-19 qlobal pandemiyası dövründə, "Həyatı Bahasına Həyat Qurtaranlar" adlı onlayn foto sərgi yüksək səviyyədə təşkil olundu. İİR-nın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi və Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova böyük marağa səbəb olan layihələrlə ölkələrarası mədəni əlaqələrin inkişafına öz tövhələrini verən Azərbaycan Rəssamlar İttifaqının üzvləri, rəssam, təşkilatçı Elnurə və Aygün İsgəndərovalara və virusla mübarizə aparan fədakar həkimlərə, layihənin iştirakçısı olan rəssamlara dərin təşəkkürlərini bildirdilər. Xatırladaq ki, yaxın günlərdə müsabiqələrin qalibləri və iştirakçıları təltif olunacaqlar.
AZpress. AZ,Minə Türksoy.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !