Düşmənə qarşı səmərəli informasiya müharibəsinin aparılmasında ictimaiyyətin rolu mövzusunda onlyan formatda regional tədbir keçirilib - -FOTO=7

“Düşmənə qarşı səmərəli informasiya müharibəsinin aparılmasında ictimaiyyətin rolu” mövzusunda onlyan formatda regional tədbir keçirilib -FOTO=7

13.08.2020-ci il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzinin, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Düşmənə qarşı səmərəli informasiya müharibəsinin aparılmasında ictimaiyyətin rolu” mövzusunda onlyan formatda regional tədbir keçirilib. Keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və şöbənin əməkdaşları, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov və idarənin əməkdaşları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, mərkəzin əməkdaşı M.Mənsimli, Peşə Təhsili üzrə Dövlət Agentliyi Cəlilabad Peşə Liseyinin direktoru Etibar Sadıqov, ilin müəllimi nominasiyasının qalibi, gənc müəllim Elçin Abbasov, Cəlilabad rayon Mərkəzi Kitabxanasının əməkdaşı Zaur Hüseynov, Lənkəran, Astara və Lerik rayonlarından olan din xadimləri iştirak ediblər.
Keçirilən tədbirdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Peşə Təhsili üzrə Dövlət Agentliyi Cəlilabad Peşə Liseyinin direktoru Etibar Sadıqov, ilin müəllimi nominasiyasının qalibi, gənc müəllim Elçin Abbasov, Lənkəran rayonu Sütəmurdov kənd məscidinin imamı Fəxri Sadıqov, Lənkəran rayonu Daşdatük kənd məscidi dini icmasının sədri və imamı Şahid Babayev, Lerik rayonu Kələxan kənd məscidinin imamı Habil Quluzadə, Astara rayonu Şahağacı kənd məscidi dini icmasının sədri və imamı Nazim Əsədov və Lənkəran rayonu Hirkan dini icmasının sədri və imamı Ayaz Mirzəyev çıxış ediblər. Keçirilən tədbirdə işğalçı Ermənistan silahlı qüvvələrinin mütəmadi şəkildə atəşkəs rejimini pozaraq ölkəmizin mövqelərini, o cümlədən dinc mülki əhalinin yaşayış yerlərini davamlı olaraq atəşə tutmasının həm hərbi qulluqçular, həm də mülki əhali arasında ölüm və yaralanma hallarının baş verməsinə səbəb olduğu bildirilib. Qeyd olunu ki, Ermənistan tərəfindən törədilən hərbi təxribatların davamlı xarakter daşıdığını və son bir neçə ay ərzində baş verənlərin bu reallığın bariz ifadəsidir. Bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi cinayətlər nəticəsində insan hüquqları, habelə beynəlxalq humanitar hüquq sahəsində mövcud olan beynəlxalq sənədlərin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulub və çox təəsüflər olsun ki, bu tendensiya dünya birliyinin gözü qarşasında hələ də davam edir. Öz məkrli, təcavüzkar və işğalçı siyasətindən əl çəkməyən Ermənistan yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunmuş hazırkı pandemiya dövründə də müxtəlif istiqamətlər üzrə atəşkəs rejimini pozmaqla tələfatla nəticələnən təxribatçı hərəkətlərini davam etdirərək, 12 iyul 2020-ci il tarixində günorta saatlarından başlayaraq, atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozub artilleriya qurğularından istifadə etməklə ölkəmizin Ermənistanla sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini ələ keçirmək məqsədilə atəşə tutaraq hücuma keçməyə cəhd göstərmişdir. Ancaq şanlı Azərbaycan ordusunun layiqli cavab zərbəsi ilə düşmənin hücumu layiqincə cavblandırılmış, çoxsaylı canlı qüvvə və hərbi texnika məhv edilmişdir. Öz acizliyini növbəti dəfə dərk edən düşmən dövlətimizə qarşı informasiya müharibəsi aparmağa başlamışdır. Azərbaycan müstəqilliyinə nail olduqdan sonra ölkədə milli təhlükəsizliyin əsas problemlərindən biri vahid informasiya siyasətinin formalaşdırılması və təhlükəsizliyin təminatı, milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi olmuşdur. 1998-ci il aprelin 3-də ölkəmizdə ''İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' Qanun qəbul edildi. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" Fərman imzaladıqdan sonra ölkəmizdə milli informasiya təhlükəsizliyi üzrə mükəmməl strategiyanın yeni mərhələsi başladı. Müharibə şəraitində yaşayan dövlətimiz üçün informasiya təhlükəsizliyi, dövlət sirri olan hərbi məlumatların yayılmaması ən vacib məsələlərdir və informasiyanın milli təhlükəsizliyə ciddi zərər yetirməməsi baxımından olduqca əhəmiyyətlidir. Bu gün də ermənilər xarici ölkələrdə olan diasporlarının dəstəyi ilə Azərbaycana qarşı informasiya mübarizəsi aparırlar. Ermənilərin təsiri altında olan təşkilatlar da beynəlxalq ictimai rəydə Azərbaycanla bağlı mənfi rəy formalaşdırmağa çalışırlar.
Tarixdən də məlumdur ki, informasiya müharibəsi düşmən mövqedə olan dövlətlərin bir-birilərinə qarşı atdığı kəskin, təhlükəli addımlarından biridir. Virtual məkanda hər bir dövlətin gücü və qüdrəti onun malik olduğu elektron informasiya resurslarının xüsusi çəkisi ilə ölçülür. Belə ki, dövlətin iqtisadi inkişafı və beynəlxaq aləmdə uğurları, eyni zamanda ona qarşı yönəlmiş informasiya müharibələrinə qarşı davamlılığı bu dövlətin əldə etdiyi informasiya resurslarından, sahib olduğu müasir İKT vasitələrindən və bu sahə üzrə yüksək ixtisaslı mütəxəssislərdən asılıdır. İnformasiya müharibəsi dedikdə; İnsanlara kütləvi sürətdə psixoloji təsir, İnformasiya massivlərinin məhvi, təhrif edilməsi və ya oğurlanması, Mühafizə sisteminin dəf edilməsi, Hüquqi istifadəçilərin müraciətlərinə məhdudiyyətlərin qoyulması, Kompyüter sistemlərinin, texniki vasitələrin işlərinin pozulması nəzərdə tutulur.
İyul təxribatı zamanı siyasi-iqtisadi, hərbi-texniki sahədə olduğu kimi informasiya və kommunikasiya texnologiyalarının inkişafı, milli informasiya təhlükəsizliyi strategiyasının yaradılması və informasiya müharibəsinin aparılmasında da mənfur düşmən öz acizliyini bir daha dərk etmiş oldu.
Keçirilən tədbirdə informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətləri, informasiya müharibəsi texnologiyalarının yaranması, inkişafı və geniş tətbiqi üsulları, informasiya müharibəsinin əsas formaları, təbliğat və vətəndaş ruhunun sındırılması, psixoloji təsir – vətəndaşlar üçün nəzərdə tutulmuş informasiyanın emalı nəticəsində insanların mənəvi durumuna, əhval-ruhiyyəsinə nəzarət, dezinformasiyanın ötürülməsi və beyinlərin yuyulması, mədəniyyətlər müharibəsi, Azərbaycana qarşı informasiya müharibəsi ilə məşğul olan qrupların, onların cinayətlərinin və cinayət motivlərinin aşkar edilməsi, düşmən ölkənin Azərbaycana qarşı informasiya müharibəsinin detalları və digər mühüm məqamlar müzakirə olunub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !