Yığma komandamız Tovuzda təlim-məşq toplanışına yollanır - -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

Yığma komandamız Tovuzda təlim-məşq toplanışına yollanır -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejiminin yumşaldılması çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın 10 avqust tarixindən etibarən açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verilib. Bunu nəzərə alaraq, Azərbaycan Velosiöed İdmanı Federasiyası (AVİF) U-23 və gənclər yığmasınınTovuz rayonuna təlim-məşq toplanışına yollayıb. AVİF-dən verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqustun sonunadək Tovuzda keçirilməsi nəzərdə tutulan bu təlim-məşq toplanışı yığmamı züçün sentyabrda Türkiyədə keçiriləcək bir neçə bəynəlxalq turnirə və eləcə də İsveçrədə təşkil olunacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır. Yeri gəlmişkən, bu komandalarımız 24-28 avqust günlərində Fransada təşkil ediləcək Avropa çempionatına qatılmayacaq. Buna səbəb isə Fransa hökümətinin 2 həftəlik karantin tələb etməsidir.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !