Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Hərbiləşdirilmiş Mühafizə İdarəsi MMC-nin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər - - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər - FOTO

 Talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən insanlara dəstək məqsədli aksiyaya könüllü qatılan əməkdaşların sağlamlıq vəziyyəti həkimlər tərəfindən yoxlanılıb.

Daha sonra müvafiq tibbi tələblərə uyğun olanların aksiyada iştirakına icazə verilib.

Toplanan qan nümunələri müayinədən keçdikdən sonra onlardan qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və qurumları mütəmadi olaraq könüllü qanvermə aksiyaları keçirir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !