Avtomobil qəzası zamanı qaz xətti zədələnib -

Avtomobil qəzası zamanı qaz xətti zədələnib

Avqustun 13-də axşam saatlarında baş verən avtomobil qəzası zamanı Yardımlı rayonunun Gavran kəndini təbii qazla təmin edən diametri 219 mm olan orta təzyiqli qaz xətti zədələnib. Təqribən 35 m uzunluğunda qaz borusunu qəzaya uğrayan Niva markalı maşın sürüyərək yararsız hala salıb.

Təhlükəsizlik tədbiri olaraq 104 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !