Ağstafa Regional Mədəniyyət İdarəsi növbəti videokonfransı 12 avqust beynəlxalq gənclər gününə həsr etdi - - FOTO

Ağstafa Regional Mədəniyyət İdarəsi növbəti videokonfransı 12 avqust beynəlxalq gənclər gününə həsr etdi - FOTO

Ağstafa Regional Mədəniyyət İdarəsi 12 avqust – Beynəlxalq Gənclər gününə həsr edilmiş videokonfrans keçirdi. İdarənin əhatə etdiyi rayonlar üzrə nümayəndələrin, müəssisə rəhbərlərinin və mədəniyyət işçilərinin iştirakı ilə keçirilən tədbiri açan idarə rəisi Vüqar Qədirov ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən bəhs edərək qeyd etdi ki, Ümummilli Liderin gənclərə diqqəti nəticəsində Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradılıb, 2 fevral tarixi Gənclər Günü kimi təsis edilib. Bu gün ulu öndər Heydər Əliyevin gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın gənc kadrların önə çəkilməsində xüsusi rolunu vurğulayan Vüqar Qədirov bildirdi ki, cənab Prezidentimizin və Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində dövlət orqanlarında çox ciddi gəncləşmə siyasəti aparılır ki, bu da Azərbaycan idarəetməsinə dinamiklik, müasirlik, çeviklik gətirməkdə davam edir. Natiq həmçinin bildirib ki, tarixboyu Azərbaycan öz gəncliyi ilə fəxr edib. Bu gün Azərbaycan gəncliyi öz təşəbbüskarlığı ilə fərqlənir. Ölkəmizdə gənclər üçün bütün imkanlar yaradılıb, Azərbaycan gəncliyi cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu gün gənclərimiz sosial, siyasi, iqtisadi sahələrdə fəal rol oynayır, bütün proseslərdə yaxından iştirak edirlər.


Konfransda həmçinin idarənin rəis müavini Gülgün Kərimov, Qazax rayonu üzrə nümayəndə Valeh Vəliyev, Tovuz rayonu üzrə nümayəndə Adil Həsənov, Ağstafa şəhər Uşaq Musiqi Məktəbinin direktoru Arif Əliyev və başqaları çıxış edərək gəncləri bayram münasibətilə təbrik edib, onlara gələcək həyatlarında və fəaliyyətlərində uğurlar arzulayıblar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !