Gülağa Tənha - "Ay dayı" ifa: Sümuzər

Gülağa Tənha "Ay dayı" ifa: Sümuzər

Xeyriyyəçi – şair Gülağa Tənha uzun illərdən sonra Azərbaycana gəldikdən sonra "Bilgəh Qocalar Evi"- ni ziyarət edir və orda qarşılaşdığı mənzərə yaradıcılığında yeni cığır açır. “Ay dayı” şeiri də məhz həmin silsilə şeirlərindən biridir. Şeir ilk dəfə “Qızıl yarpaq, Tənha səs” müsabiqəsində Simuzər adlı gənc qiraətçi tərəfindən səslənmişdir...

 

 

Ay dayı

 

Bilgəh Qocalar Evində əlləri
qoynunda qalan ataya
Səni çəkilməz dərdə
Salan hanı, ay dayı?
Gözlərinin nurunu
Alan hanı, ay dayı?
Necə ötürüb səni,
Gecə ötürüb səni?!
Təkcə ötürüb səni,
Yalan hanı, ay dayı?
Savabsız da deyilsən,
Günahsız da deyilsən…
Balasız da deyilsən,
Balan hanı, ay dayı?
30 avqust, 2003

 

 

 

 

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !