Anar Kərimov Braziliyanın ölkəmizdəki səfiri Manuel Monteneqro ilə görüşüb - - FOTO

Anar Kərimov Braziliyanın ölkəmizdəki səfiri Manuel Monteneqro ilə görüşüb - FOTO

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov Braziliya Federativ Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Manuel Monteneqro ilə görüşdü.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr ətrafında müzakirələr aparıldı.

Qonaq M.Monteneqro qəbula görə təşəkkür edərək, mədəniyyət sahəsində ölkələrimiz arasında mövcud əməkdaşlığın genişləndirilməsi məqsədilə hüquqi bazanın yaradılması, onlayn film festivalının təşkili, pandemiya dönəmindən sonra klassik musiqi konsertinin keçirilməsi və digər həyata keçirilə biləcək layihələrlə bağlı təkliflər toplusunu Anar Kərimova təqdim etdi.

A.Kərimov ümumi maraq kəsb edəcək tədbir və layihələrlə bağlı təkliflərin Səfirliyə təqdim ediləcəyini qonağın diqqətinə çatdırdı.

Sonda A.Kərimov 2019-cu ilin 30 iyun - 10 iyul tarixində Bakıda keçirilmiş UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına qəbul olunması ilə əlaqədar Braziliya tərəfindən göstərilmiş dəstəyə görə təşəkkür etdi.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !