Azərbaycanın Olimpiya yığması Tokioda 11 medal qazana bilərdi - -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Azərbaycanın Olimpiya yığması Tokioda 11 medal qazana bilərdi -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Rusiya KİV ("Ves sport) bütün ölkələrin, o cümlədən Azərbaycanın Olimpiya yığmasının da koronavirus pandemiyasına görə bir il müddətinə təxirə salınan Tokio Olimpiadasında qazana bilcəyi medalların sayını və əyarını, eləcə də tutacağı yeri təxmin proqnozlaşdırıb. Maraqlıdır ki, yığmamız Gündoğar Ölkədə keçirilməsi nəzərdə tutulan Yay Olimpiya Oyunlarında 3-ü qızıl, 4-ü gümüş və 4-ü də gümüş əyarlı olmaqla 11 medal qazana bilərmiş ki, bu ı yığmamıza medal qazanan ölkələr sırasında 25-ci olmaq imkanı verəcəkmiş. Bu fantaziyaya görə Olimpiada-2020də qızıl medalları yığmamızın aktivinə Milad Beiqi (80 kq, taekvondo), qadın yığmamızın əvəzolunmaz lideri Mariya Stadnik (50 kq, qadın güləşi) və sərbəst güləş üzrə 3 qat dünya çempionumuz Hacı Əliyev (65 kq) yazdıracaqmış. ""Gümüş"lərı yalnız həlledici finalda məğlubiyyətlə üzləşən Rüstəm Orucov (73 kq, cüdo), Şərif Şərifov (97 kq, sərbəst güləş), Rafael Ağayev (75 kq) və İrina Zaretska (61 kq, hər ikisi karate), "bürünc"lərisə cüdoçular Nicat Şıxəlizadə (66 kq), İrina Kandzerskaya (+78 kq), Elmar Qasımov (100 kq) və sərbəst güləşçi Camaləddin Maqomedov (125 kq) qazana bilərmiş.
Olimpiadada ilk üçlük isə müvafiq ardıcıllıqla ABŞ (37-32-31), Cin (36-25-25) və ev sahibi Yaponiya (30-27-22) arasında bölüşüb.
Xatırladaq ki, Azərbaycan 4 il öncə Braziliyanın paytaxtı Rio-deJaneyroda keçirilən Olimpiadada 18 (1-7-10) medalla 39-cu olmuşdur.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !