"Your English Voice" müsabiqəsi iştirakçılarına natiqlik təlimi keçirilib - - FOTO

"Your English Voice" müsabiqəsi iştirakçılarına natiqlik təlimi keçirilib - FOTO

"Your English Voice” müsabiqəsinin seçim mərhələlərini uğurla keçən iştirakçılar üçün təlimlərə start verilib.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin “Azerbaijan Public Speaking” proqramının tərəfdaşlığı ilə keçirilən ilk təlim ingilis dilində təlimçi Ənvər Şükürovun iştirakı ilə natiqlik mövzusunda baş tutub. Təlimdə iştirakçılara natiqlik mədəniyyəti, ictimai nitq, bədən dili, effektiv ünsiyyət haqqında məlumat verilib və bu mövzularda müzakirələr aparılıb.

Təlimçi Ənvər Şükürov dünyanın 143 ölkəsindəki fərqli şəhər, bölgələrdə 2 proqram (ictimai nitq və liderlik) üzrə fəaliyyət göstərən “Toastmasters International” klublar şəbəkəsinin üzvüdür. Həmçinin, ictimai nitq, təqdimat bacarıqları, natiqlik üzrə təlim sahəsində yüksək təcrübəyə malikdir.

Qeyd edək ki, "Your English Voice” müsabiqəsi Təhsil Nazirliyinin SABAH qrupları və “British Council Azərbaycan”-ın birgə təşkilatçılığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və “International House Manchester” dil məktəbinin tərəfdaşlığı ilə həyata keçirilir. Müsabiqə Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri arasında keçirilir. Müsabiqənin təşkilində əsas məqsəd tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağının artırılmasıdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !