GÜNAHKAR - Elşən İsmayıldan yeni və fərqli film - -VİDEO+FOTO=5

“GÜNAHKAR” - Elşən İsmayıldan yeni və fərqli film -VİDEO+FOTO=5

Aldığımız məlumata görə, gənc rejissor bir müddətdir ki, yeni filmin üzərində işləyir. Bu səfər sənətkar öncəki filmlərdəki kimi milli-ideoloji deyil, tamamən fərqli bir mövzuya müraciət etmişdir. Xüsusilə sosial-psixoloji mövzuda olan filmdə hadisələr baş qəhrəmanın etirafları və iç dünyasının qarmaqarışıq təzahürü əsasında təqdim olunur. Ailə-məişət, dostluq, sevgi, yalan və ikiüzlülük kimi, eləcə də peşmançılıq, özünütənqid, həyatdan bezginlik mövzuları da filmi əhatə edir. Filmin Operatoru ELÇİN İSMAYIL, Ssenari müəllifi və Quruluşçu rejissoruElşən İsmayıldır. Əsas rollarıTEHRAN RƏHİMOV, CAHİD AĞAZADƏ, SEYMUR MUSTAFAYEV, ŞƏLALƏ BABAYEVA ifa edirlər. Filmin Avqust ayının sonuna qədər izləyicilərə təqdim olunması planlaşdırılır.
Filmin Tanıtım fraqmenti:  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !