Azərbaycanın məşğulluq xəritəsi hazırlanır -

Azərbaycanın məşğulluq xəritəsi hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkənin məşğulluq xəritəsi hazırlanır.


Xəritə elektron informasiya sistemlərindən toplanmış məlumatlar nəticəsində yaradılır. Məlumat bazasında ölkənin bütün inzibati ərazi bölgüsü üzrə əsas məşğulluq göstəriciləri, əmək resursları, məşğul əhali, muzdla işləyənlər, fərdi sahibkarlar, torpaq pay mülkiyyətçiləri, onların sekteral bölgüsü, işsiz şəxslər, ərazi məşğulluq proqramlarının icra vəziyyəti və s. aid informasiyalar toplanacaq. 
 

Hər rayon və şəhər üzrə hazırlanacaq xəritə elektron formada ictimaiyyətə təqdim ediləcək. Ölkənin məşğulluq xəritəsi sosial və iqtisadi sahədə atılacaq addımların dinamikasını göstərəcək və məşğulluq proqramlarının hazırlanması və icrası işinin daha da təkmilləşdirilməsinə imkan verəcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !