Ronaldo yeni rekordlara imza atsa da ... - -FOTO=8 (AZpressAZ) İNTİQAM Məmmədov

Ronaldo yeni rekordlara imza atsa da ... -FOTO=8 (AZpressAZ) İNTİQAM Məmmədov

Çempionlar Liqasının pley-off (1/8 final) mərhələsinin cavab oyunları çərçivəsində keçirilən və 2:1 hesabla başa çatan "Yuveuntus" (İtaliya) - "Lion" (Fransa) birincinin potogezli forvardı Kriştian Ronaldu üçün həm yaxşı, həm də pis olub. Belə ki, futbolçu məhz bu oyun sayəsinda həm yaxşı, həm də pis mənada bir sıra yeniliklərə (rekordlara və antirekordlara) imza atıb. "Lokomotiv" kimi "Yuventus"u ötən məvsüm "Atletiko"ya (İspaniya) üç qol vurmaqla təkbaşına Çempionlar Liqasında 1\4 finala çıxaran Ronaldu bu dəfə "Lion"la oyunda dubl etsə də, "Qoca Sinyora"nı 1\4\ə çıxara bilməyib. Bu isə son 10 ildə onun ilk dəfə olaraq, Çempionlar Liqasının 1/4 finalından kənarda qalmasına səbəb olub. Mərhələni keçən isə, səfərdə "Yuve"yə 1:2 hesabla uduzmasına baxmayaraq, evdə 1:0 udan Fransa təmsilçisi olub.
ÇL-ni erkən tərk edən Ronaldu həmin oyunda dubl etməklə pley-offda vurduğu qolların sayını 67-yə çatdırıb ki, bu da Messi və Müllerin ikisinin birlikdə vurduğu qolların sayından iki dəfə çoxdur. Bu göstərici ilə o, hətta "Milan" (65 qol), "Arsenal" (53 qol), "PSJ" (41 qol) və "Borussiya" (40 qol) kimi klubları da geridə qoyub.Ronaldu "Lion"un qapısına vurduğu 2 qol sayəsində, bir məvsümdə "Yuve"nin heyətində vurduğu qolların sayını 37-ya çatdırmaqla da yeni rekord vurub. Beləki, "Yuventus"un heyətində bir məvsümdə vurulan qolların sayına görə rekorda 95 il öncə 35 qolla Ferens Xirzer imza atmışdı. O, ÇL-da eyni bir komandaya 3 müxtəlif klubun heyətində qol vuran 3-cü futbolçu kimi də tarixə düşüb. Ümumiyyətlə, Ronaldu son iki məvsümdə "Yuve"nin ÇL-nin pley-offunda vurduğu bütün qolların (7 qol) müəllifi olub. Bu isə "Yuveuntus"a ÇL-da uzaq getməyə imkab verməyib. Necə deyərlər , "tək əldən səs çıxmaz" və ya "bir çiçəklə yaz olmaz". "Lion"la oyunda Ronaldu rəqib qapısına 9 zərbə vurduğu halda onun bütün komanda yoldaşlarə üst-üstə 7 zərbə vurublar. n b Mat•‎
Bir maraqlı məqamı da qeyd edək, Ronaldunun 10 il öncə də ÇL-ni belə trkən tərk etməsinin səbəbkarı "Lion" olub. Belə ki, 2010-cu ildə Ronaldunun formasını geyindiyi "Real" (Madrid) klubu məhz bu "Lion"la qarşılaşıb. Evdə minimal hesabla (1:0) qalib gələn Fransa təmsilçisi səfərdə "Real"la sülh bağlayıb (1:1).
Bu arada futbolçunun bacısı Elma Aveyru qardaşına təskinlik verib. "Sən nə bacardınsaŞ onu da etdin. Mən sənin oyununla fəxr edirəm. Təəssüflər olsun ki, sən təkbaşına hər şey edə bilmzsən. Bu mümkün olan şey deyil. Özün də yaxşı bilirsən ki, bu futboldur. Bir daha deyirəm ki, sən mümkün olan hər şeyi elədin. və sən həmişə ən yaxşısan" - bacısı belə deyib.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !