Azərbaycan diaspora fəaliyyətində gənclərin rolu adlı konfrans keçirilib -

“Azərbaycan diaspora fəaliyyətində gənclərin rolu” adlı konfrans keçirilib

10 avqust tarixində Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan diaspora fəaliyyətində gənclərin rolu” adlı onlayn görüş baş tutub.


Rəsmilərin çıxışları ilə başlayan görüşə xaricdə Azərbaycan diasporunu fəal surətdə təmsil edən gənclər də qoşulublar.


Gənclər Fondunun rəsmi facebook səhifəsindən canlı yayımlanan onlayn görüşdə çıxışçılar nitqlərində qeyd ediblər ki, bu ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərdə ordumuza dəstək üçün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və xüsusilə də gənclərimizin Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq üçün bir araya gəlməsi Azərbaycan ordusunun ön cəbhədə göstərdiyi rəşadət qədər, arxa cəbhədə də Azərbaycan gənclərinin vahid amal uğrunda yumruq kimi birləşdiyini nümayiş etdirmişdir.


Natiqlər, həmçinin, vətənpərvər Azərbaycan gənclərinin öz bilik və bacarıqlarını Azərbaycanın milli maraqlarını müdafiə etmək yolunda əsirgəməmələrini, bu mütəşəkkillik və birliklərini Vətənimizin ərazi bütövlüyü naminə hər gün daha da gücləndirmələrini vacib hesab etmişlər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !