Yığmamız Türkiyə yığmasıyla qarşılaşır - -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Yığmamız Türkiyə yığmasıyla qarşılaşır -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

GİN (Azərbaycan Gənclər İdman Nazirliyi) və AŞF (Azərbaycan Şahmat Federasiyası) Türkiyə ilə birgə onlayn şahmat turniri təşkil edib. "Bir millət, iki dövlət" şüarı altında şahmatın blits növü üzrə keçirilən və ölkələrimiz arasında dostluq və qardaşlığın daha da məhkəmləndirilməsi məqsədi ilə düzənlənən bu yarışda hər iki ölkənin qadın və kişi yığmasının üzvləri mübarizə aparırlar. Azərbaycanın kişi komandasında Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Əsədli, Rauf Məmmədov, Qədir Hüseynov və Aydın Süleymanlı, qadın komandasında isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva yer alıb. Oyunlar üç gün davam edəcək. Yeri gəlmişkən, hər iki ölkə yığması FİDE-nin (Beynəlxalq Şahmat Federasiyası) bayrağı altında ilk dəfə onlayn formatda keçiriləcək Şahmat Olimpiadasında iştirak edəcək. Elə bu görüşlır də, həmin Olimpiadaya sınaq xarakteri daşıeır. Türəklər Olimpiadaya avqustun 15-də, Azərbaycansa 21-də qatılacaq.
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !