"Koronavirusla ölməkdən qorxuram" - -Serana Uilyams FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

"Koronavirusla ölməkdən qorxuram" -Serana Uilyams FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

Bu sözlərin müəllifi amerikalı qadın tennisçi, dünya reytinqində 8-ci yeri tutan Serana Uilyamsdır. Koronavirusa yoluxmaqdan qorxduğu üçün evdən çölə çıxmadığını deyən raketka ustası həmişə özüylə çoxlu sayda qoruyucu maska gəzdirdiyini də gizlətməyib: "Açığı deyim ki, qorxudan evdən çələ çıxmıram. Martın əvvəlindən isə heç kəslə əlaqədə olmuram. Çünki problem məni çox asan tapır. Mən koronavirusdan ölməkdən qorxuram. Ona görə də həmişə özümlə 50 ədəd qoruyucu maska gəzdirirəm və onları tez-tez dəyişirəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq və hamı bu beladan qurtulacaq. Əsas odur ki, yanımda olanlar hamısı yetərincə müdafiə olunurlar. Əlbəttə ki, tennis oynamaq əls bir şeydir. Amma yaxınlarımın sağlam olması isə mənim üçün daha vacibdir. Mənim orqanizmimdə onsuzda problem var. Xroniki miqren. Bu həkimlər tərəfindən müəyyən edilib. Amma mən bunu heç zaman açıqlamamışam. Uzun müddət gizli saxlamışam. Çünki bunu demək mənim üçün çətin olub. "Başım ağrıylr" deyib ruhdan düşmək istəməmişəm. Hər dəfə mətbuat konfransına gələndə nəsə yeni bir şeylər deməyə çalışmışam" - tennisin qaradərili kralı Uilyams "Metro"ya açıqlamasında belə deyib.
Yeri gəlmişkən Serena və Vinus Uilyams bacıları tennis tarxinədə hərəyə 4 Olimpiya qızılını qazanan ilk tennisçidilər. Bacılar 3 dəfə Olimpiadanın qoşa yarışında (Sidney -2000, Pekin-2008 və London -2012 və ), hərəyə 1 dəfə isə tək yarışların qalibi olublar. Vinus Sidneydə, Serenasa Londonda zirvəyə qalxıb.
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !