Dr.SEVİNC GÜLMALIYEVA: Laboratoriyamızın intensiv fəaliyyəti sayəsində COVİD-19 xəstələrinə düzgün diaqnozun qoyulmmasında bizim də payımız var - - FOTO

Dr.SEVİNC GÜLMALIYEVA: “Laboratoriyamızın intensiv fəaliyyəti sayəsində COVİD-19 xəstələrinə düzgün diaqnozun qoyulmmasında bizim də payımız var” - FOTO

Dr.SEVİNC GÜLMALIYEVA: “Sevinirik ki, laboratoriyamızın intensiv fəaliyyəti sayəsində COVİD-19 xəstələrinə düzgün diaqnozun qoyulmmasında və onların sağalmasında bizim də payımız var”.

Mərkəzi Gömrük Hospitalının 7/24 rejimində işləyən Tibbi laboratoriyası öz müasirliyi və qabaqcıl texnologiyaları ilə seçilir. Hazırda bu laboratoriya yeni növ COVİD-19 pandemiyası ilə mübarizəyə qoşularaq, gərgin iş rejimində çalışır. Laboratoriya tədqiqatları müasir diaqnostikanın mühüm hissəsidir. Bu, inkaredilməz bir faktdır ki, tibbdə qərarların demək olar ki, 80%-i xəstəliklərin aşkarlanmasından başlayaraq müalicə metodlarının seçilməsinə qədər laboratoriya tədqiqatları əsasında qəbul edilir.

Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası ən müasir, tam avtomatlaşdırılmış analizatorlarda kliniki, biokimyəvi, immunoferment və bakterioloji tədqiqatların aparılması üçün bütün zəruri resurslara malikdir. Laboratoriyanın işinin müsbət tərəflərindən biri alınan analizlərin yüksək keyfiyyəti və sürətidir. Bunu 2019-cu ildə laboratoriyanın aldığı ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahiyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət sertifikatı da təsdiq edir.

Beləliklə, Hospitala daxil olan bütün koronavirus xəstələrinin ilkin və bütün sonrakı analizləri bu şöbədə aparılır. Laboratoriyanın yüksəkixtisaslı həkimləri xəstələrin dəqiq və düzgün analizlərini aparmaqla, onlara düzgün diaqnozun qoyulmasına və uyğun müalicə təyin olunmasına zəmanət verirlər. Laboratoriya şöbəsinin rəisi Dr. Sevinc Gülmalıyeva da laboratoriyanın təcrübəli işçiləri ilə birlikdə koronaviruslu xəstələrin laborator müayinələri ilə məşğuldur.

Sevinc xanımın rəhbərliyi altında çalışan peşəkar komanda - həkim-laborantlar: Səbinə İbrahimova, Naibə Əliyeva, Nərmin Mehdiyeva, Ülkər Məmmədova, həkim-immunoloq Təranə Qonaqova, həkim-biokimyaçı Reyhan Əliyeva, böyük tibb bacısı Şəfəq Tanrıverdiyeva, tibb bacıları: Nilufər Nəbizadə, Kəmalə Hümmətova, Günay Səlimova, Ülviyyə Məmmədova, Xırdaxanım Abbasova, kiçik tibb işçiləri Elnarə Abdullayeva və Mükafat Əsgərova Hospitala daxil olan və müalicə alan hər bir xəstənin analizlərinin götürülməsində və nəticələrinin araşdırılmasında yaxından iştirak edir, koronaviruslu xəstələrin ilkin diaqnostikasında və sonrakı müalicəsinin müxtəlif dövrlərində diaqnostik müayinələr aparırlar.

Dr. Sevinc Gülmalıyeva deyir: “Pandemiya dövründə laboratoriyamız gərgin işləyərək, kovidli xəstələrin sağalmasına öz töhvəsini verir. Hər bir koronavirus xəstəsinin analizlərinin nəticələri onlara müalicə təyin edilərkən əsas götürülür. Biz hazırda laboratoriyamızda ən müasir metodlardan istifadə edirik. Xəstələr analizlərin cavablarını bir neçə dəqiqə müddətində əldə edə bilirlər.

Bu da müalicəyə vaxtında başlamağa imkan verir. Sevinirik ki, laboratoriyamızın intensiv fəaliyyəti sayəyində COVİD-19 xəstələrinə düzgün diaqnozun qoyulmmasında və onların sağalmasında bizim də payımız var. Bu günlər biz gərgin işləsək də, inanırıq ki, ölkəmiz tezliklə COVİD-19 pandemiyasından qurtulacaq. Arzumuz budur ki, tez bir zamanda bütün xəstələr bu ağır xəstəlikdən qurtulub, normal həyatlarına qayıtsınlar”.

- (012) 404-08-08
- Bakı, K.Kazımzadə, 118

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !