Dərman preparatları və siqaretlər aşkar edildi - - FOTO

Dərman preparatları və siqaretlər aşkar edildi - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə dərman preparatlarının və siqaretlərin ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Gürcüstan istiqamətindən respublikamıza daxil olan "Mercedes Benz" və "Ford" markalı avtomobillərə gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 200 həb, 40 flakon müxtəlif adda dərman preparatları və 3000 ədəd "Marlboro" markalı siqaret aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !