BDU alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc olunub -

BDU alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc olunub

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Mərkəzinin bir qrup əməkdaşının məqaləsi Web of Science Clarivate Analytics elmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub.

Mustafa Muradov, Lala Gahramanli, Ofeliya Balayeva, Ilyas Nasibov, Goncha Eyvazova, Imameddin Amiraslanov, Zoxrab  Aghamaliyev "Formation mechanism of CdxZn1-xS/PVA nanocomposites by SILAR method” ("CdxZn1-xS/PVS nanokompozitlərinin SILAR üsulu ilə formalaşma mexanizmi"); Results in Physics Volume 18, IF: 4.019

Məqalədə CdxZn1-xS nanohissciklrinin kristallizasiya mühitindən kationların birgə sorbsiyası üsulu ilə formalaşması zamanı nanohissəciklərin formalaşma mexanizmi araşdırılıb. Alınan zərrəciklərin kimyəvi tərkibi və optik xassələrinin kristallizasiya mühitində kationların nisbətindən (Cd2+/Zn2+) asıllığı müəyyən olunub.  Nanohissəciklərin kimyəvi tərkibinə təsir göstərən amillərdən birinin sorbsiya mərkəzlərinin təbiəti olması göstərilib. Müəyyən edilib ki, polimer təbəqənin qalınlığı boyunca nanohissəciklərin paylanması qeyri-bircinsdir. Bu da nanohissəciklərin energetik vəziyyətinin səth və nazik təbəqənin daxilində  müxtəlif olması ilə bağlıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiz:

https://www.sciencedirect.com/science/article/pii/S2211379720317472

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !