Spirtli içkilər aşkarlanıb -

Spirtli içkilər aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda Rusiya Federasiyası istiqamətindən idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində olan soyuducunun içərisində gömrük orqanına bəyan olunmayan 11 ədəd 0,7 litrlik "The Macallan 12" markalı spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !