Görkəmli qəzəlxan şair Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb - - FOTO

Görkəmli qəzəlxan şair Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən Azərbaycanın görkəmli qəzəlxan şairi Əliağa Vahidin anadan olmasının 125 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.
 

Regional Rabitə Birliyi ölkələrinin 2020-ci il üçün müəyyən etdiyi “İncəsənət xadimləri” mövzusundakı birgə buraxılış çərçivəsində hazırlanmış markanın üzərində şairin qrafik portreti təsvir edilib.
 

“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş markalar Belarus Respublikasında 300 min tirajla çap olunub. Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq satışa çıxarılıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !