SOCAR PETROFAC İLƏ AZƏRBAYCANDA DƏSTƏK XİDMƏTLƏRİ ÜZRƏ SAZİŞ İMZALAYIB - - FOTO

SOCAR PETROFAC İLƏ AZƏRBAYCANDA DƏSTƏK XİDMƏTLƏRİ ÜZRƏ SAZİŞ İMZALAYIB - FOTO

SOCAR-ın törəmə şirkəti olan SOCAR Midstream Operations Limited və Petrofac şirkətinin mühəndislik və hasilat xidmətləri bölməsi Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğunun ötürülməsinə dəstək xidmətləri üzrə saziş imzalamışlar.
 

SOCAR Cənubi Qafqaz Boru kəmərinin texniki operatorluğunu BP-dən təhvil aldığına görə yeni saziş əməliyyat aktivlərinin təhvilinə dəstək xidmətlərini nəzərdə tutur. Bu çərçivədə görüləcək işlərə keçid prosesləri zamanı qaz boru kəmərlərinə və digər obyektlərə texniki baxışın keçirilməsi, keçid dövründə, icra mərhələsində və əməliyyat hazırlıq planının işlənib hazırlanmasında geniş rutin dəstək verilməsi aiddir.
 

Cənubi Qafqaz Boru Kəməri “Sahdəniz” yatağında hasil olunan təbii qazın Azərbaycandan Gürcüstana və Türkiyəyə ixrac edilməsi məqsədilə inşa olunmuşdur. Bakı yaxınlığında Səngaçal terminalından başlayan kəmər Azərbaycandan Gürcüstan və Türkiyəyə xam neft daşıyan Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin marşrutu ilə davam edərək, Türkiyədə qaz paylayıcı sistemə qoşulur.
 

Cənubi Qafqaz Boru Kəməri Şirkəti kəmərin tikintisi və aparılan əməliyyatlar üçün məsuliyyət daşıyır. Şirkətin səhmdarları: BP (28.8%), TPAO (19.0%), Azərbaycan/SOCAR (16.7%), PETRONAS (15.5%), LUKOIL (10.0%) və NICO (10.0%) şirkətləridir. 
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !