Nənəm Arəstə xanım Şahsuvar qızının gənclik çağından qalma yeganə fotosu... - Nəriman Qasımoğlu

Nənəm Arəstə xanım Şahsuvar qızının gənclik çağından qalma yeganə fotosu... Nəriman Qasımoğlu

Bu, nənəm Arəstə xanım Şahsuvar qızının gənclik çağından qalma yeganə fotosudur.
İlk gəncliyində xalq arasında yayılmış, onun da əzbər bilib ara-sıra səsləndirdiyi şeir parçalarının içində bir bəndi yaxşı xatırlayıram. Çox güman, Cumhuriyyət dövründən qalma xalq yaradıcılığı nümunələrindəndir:
Qoşun gəldi Abdallara,
Topları çəkin yallara.
Etibar yoxdu bunlara,
Gedin görün türklər necoldu.
Qasım Qasımzadə bu bəndi belə yozurdu: “qoşun” işğalçı qırmızı ordudur, bölgələrdə sovet hakimiyyətini qurmağa gəlib; camaat, yaxud Cumhuriyyətin hələ təslim olmamış fəalları silahlı müqavimətə çağırır; gələnlərin yerli fəhlə-kəndlilərə azadlıq, bərabərlik gətirmək şüarları saxtadır, onlara etibar etmək olmaz; əsl azadlığı, milli müstəqilliyi qazanmaqda bizə türk qoşunları yardım edib, indi yenə də onların gəlişinə ehtiyac var.
Arəstə xanımın dilindən düşməyən aşağıdakı bənd də o zamankı tariximizə işıq salır:
Qatar gəlib dayandı,
Körpə balam oyandı.
Gedin deyin türklərə
Gəncə qana boyandı.
Qatar Bakıya gəlib Cumhuriyyəti devirən 11-ci qırmızı ordunun qatarıdır. Sonuncu sətir 1920-ci il mayın son günlərində işğala qarşı ən böyük və ən çox itkiyə səbəb olmuş Gəncə üsyanına işarədir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !