AMEA Yer Elmləri bölməsində Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirilib - - FOTO

AMEA Yer Elmləri bölməsində Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirilib - FOTO

AMEA prezidenti, akademik Ramiz Mehdiyevin 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə imzaladığı sərəncama əsasən, AMEA - nın bir sıra institut və elmi müəssisələrinin ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri mükafatlandırılıblar.

 
AMEA - nın Yer Elmləri bölməsində bununla bağlı avqustun 6-da tədbir  keçirilib. Yer Elmləri bölməsinə daxil olan institut və elmi təşkilatların ictimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyətini yüksək qiymətləndirən AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, akademiyada görülən işlər, ayrı-ayrı sahələr üzrə aparılan elmi tədqiqatlar barəsində ictimaiyyətin müntəzəm olaraq məlumatlandırılması vacibdir. Bu baxımdan da AMEA-nın institut və elmi təşkilatlarında ictimaiyyətlə əlaqələr şöbələrinin yaradıldığını qeyd edən birinci vitse - prezident maarifləndirmə işlərinin aparılması sahəsində ictimaiyyətlə əlaqələr şöbələrinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

 
AMEA Neft və Qaz İnstitutunun direktoru vəzifəsini icra edən, akademik Fəxrəddin Qədirov da Yer Elmləri bölməsinə daxil olan institut və elmi təşkilatların ictimaiyyətlə əlaqələr şöbəsinin işini müsbət qiymətləndirib. O, deyib ki, ölkəmizdə pandemiya ilə bağlı həyata keçirilən sərt karantin rejimi dövründə də həm AMEA-nın, həm də akademiyaya daxil olan təşkilatların ictimaiyyətlə əlaqələr şöbələrinin əməkdaşları aktivlik göstəriblər və bütün məlumatlar müvafiq saytlar vasitəsi ilə operativ olaraq ictimaiyyətə çatdırılıb.


AMEA-nın ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri Ağahüseyn Şükürlü isə öz çıxışında ölkəmizdə Milli Mətbuatın yaranmasının 145 illik yubileyi ilə bağlı akademiyada çalışan jurnalistlərə göstərilən diqqətə görə təşəkkür edib.
 

Sonda 22 iyul - Milli Mətbuat Günü ilə bağlı AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev Yer Elmləri bölməsi tərəfindən mükafatlandırılan jurnalistlərə bölmənin “Fəxri Fərman”ını  təqdim edib.


Qeyd edək ki, bölmə tərəfindən AMEA Geologiya və Geofizika İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şirməmməd Nəzərli, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı, AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rzazadə və AMEA Neft və Qaz İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Könül Abbasova təltif ediliblər.
 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !