Qocalar döyüşə çıxacaqlar "Mən müharibəyə hazır olmalıyam"-Roy Cons - FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Qocalar döyüşə çıxacaqlar "Mən müharibəyə hazır olmalıyam"-Roy Cons FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Bu sözlərin müəllifi sentyabrın 12-də ABŞ-da peşəkar boksda hamının Dəmir Mayk kimi tanıdığı Mayk Tasonla rinq döyüşünə çıxacaq Roy Consdur. Mütləq çəkidə sabiq dünya çempionu bəlli döyüşlə bağlı danışarkən, dolayısı ilə həm Maykdan çəkindiyini, həm də ona qarşı passiv olmayacağını bildirib: "Düşünürəm ki, Mayk rinqə çıxdığı andan komissiya onu sakit saxlaya bilməyəcək. Mən bu döyüşdə əsil döyüşdə olduğu kimi mütləq müdafiə olunmalıyam. Bilirəm ki, Mayk rinqə çıxandan sonra güclü zərbələr atacaq. Bəs mən nə etməliyəm. Durub komissiya üzvlərinəmi baxacam, Əlbəttə ki, yox. Mən həm müdafiə olunacam, həm də ona cavab verəcəm. Açığı deyim ki, mən Maykın edə biləcəyi hər bir hərəkətə hazır olmalıyam. Bir sözlə mən müharibəyə hazır olmalıyam. Müharibəyə".
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !