Həbib Nurməhəmmədov: "Qetjini okeanın dərinliyində basdıracam" - -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Həbib Nurməhəmmədov: "Qetjini okeanın dərinliyində basdıracam" -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

MMA-nın (Qarışıq Döyüş) UFC (Mütləq Döyüş Çempionat) versiyası üzrə yüngül çəki dədcəsində çümpion adını daşıyan dağıstanlı döyüçü Həbib Nurməhəmmədov qarşıdakı döyüşə çıxacağı günü çox səbirsizliklə gözləyir. O, öz tvitter sıhifəsibdə amerikalı Castin Qetji ilə döyüşə 80 günün qaldığını bildirib:"Bu döyüşlə bağlı suallar həmişə olacaq, həm də çoxlu. Ən əsası odur ki, sən özün bu sualların cavabını biləsən. Uzun müddət adamın başında illuziyalar dolaşır. Bəli, döyüşə cəmi 80 gün qaldı" - deyən Həbib bu arada rəqibini tərifləməkdən və hədələməkdən də çəkinməyib. "Castin çox yaxşı oğlan və mənim üçün yaxşı rəqibdi. Amma bununla belə o, 8 guşəli rinqə yaxınlaşanda yalnız boks haqda düşünməsin. Mən onun üçün nə Dastin, nə də Toni deyiləm. Mən onu ən dərin okeana aparıb orada basdıracam" - deyib. Haqqında bəhs etdiyi döyüşə sentyabrda hazırlaşacağını deyən Həbib məşqçisi Xavyer Mendesa üçün də darıxdığını dilə gətirib: "Bu çox ağır bir hazırlıq olacaq. Əsas isə odur ki, biz bir yerdə olacağıq. Mən sənin üçün çox darıxmışam".
Xatırladaq ki, həmin döyüş bu ilin 24 oktyabrında Abu-Dabidə (BƏƏ) olacaq.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !