Azərbaycanlı UFC-də döyüşə bilər - - VİDEO

Azərbaycanlı UFC-də döyüşə bilər - VİDEO

Qarışıq Döyüş Növləri ilə məşğul olan hər bir idmançının arzusu dünyanın ən nüfuzlu turnirlərində çıxış etməkdir. Şübhəsiz ki, belə yarışların başında UFC gəlir. Elə azərbaycanlı döyüşçülərin də istəyi bu turnirə dəvət almaqdır.

Qırğızıstanı təmsil edən Azərbaycan əsilli döyüşçü Rafael Fiziyev istisna olmaqla Mütləq Döyüş Çempionatında hələlik ölkəmiz təmsil olunmur. Amerika Birləşmiş Ştatlarında yaşayan Hüseyn Əliyevin məqsədi oktaqonda bu boşluğu aradan qaldırmaqdı. Hüseyn Əliyev daha böyük turnirlərdə güclü rəqiblərlə döyüşmək üçün 8 ay öncə okeanın o tayına köçüb. Buna qədər Azərbaycanda və MDB ölkələrində vuruşub. Koronavirusa görə ABŞ-da debütü təxirə düşən idmançı pandemiyaya görə məşq etməkdə də çətinliklə üşləşib.

Həmyerlimiz idmançıların bütün çətinliklərə sinə gərməli və əsl döyüşçünün mövcud vəziyyətdə xarakteri göstərməli olduğunu bildirib.

Əliyevin apreldə keçirilməli olan döyüşü payıza təxirə salınıb. Amma həmin vaxta kimi idmançımız yalnız məşqlərlə kifayətlənməyəcək. O, bu ay daha bir görüşə çıxmalıdı.

Hüseyn Əliyev MMA üzrə 3 qat dünya çempionudur. O, peşəkar döyüşdə 15 görüş keçirib. Bunların 11-ini qələbə, 1-ini heç-heçə və 3-ünü məğlubiyyətlə başa vurub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !