Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan İstiqlal Muzeyi - -FOTO=3

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan İstiqlal Muzeyi -FOTO=3

İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasının 75-ci il dönümü münasibətilə Rusiya Federasiyası Böyük Vətən müharibəsi muzeyinin təşkilatçılığı ilə “Açıq Mədəniyyət – təhsil formu “Qələbə”” mövzusunda beynəlxalq vebinar keçirilib.
Vebinarda Rusiya, Belorus, Tatarıstan, Ermənistan muzeyləri ilə yanaşı, Azərbaycan İstiqlal Muzeyi də iştirak edib.
Vebinarda İstiqlal Muzeyinin direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Sədi Mirseyibli, baş mühafizi Aida Axundova iştirak etmişlər.
Vebinarda II Dünya Müharibəsinə həsr edilmiş ekspozisiyalar ətrafında elmi müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi 2018-ci ilin dekabrında Böyük Vətən müharibəsi muzeyi ilə əməkdaşlıq barədə memorandum imzalayıb. Memorandum çərçivəsində İkinci Dünya müharibəsi ilə əlaqədar muzeydə müxtəlif tədbirlər təşkil edilir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !