Bacarıqlı gənclər festivalı keçiriləcək -

“Bacarıqlı gənclər” festivalı keçiriləcək

6 avqust tarixində Azərbaycan Respublikasının Gənclər Fondu,
Azərbaycan Könüllülərinin Əlaqələnirmə Mərkəzi (AKƏM) və Dayanıqlı və
Operativ Sosial Təminat Agentliyinin (DOST) birgə təşkilatçılığı ilə BMT
tərəfindən elan olunmuş “Beynəlxalq Bacarıqlı Gənclər Günü”nə həsr
olunmuş, “Bacarıqlı gənclər” inkluziv onlayn festival keçiriləcəkdir.
Dünyanı bürüyən koronavirus pandemiyası dövrü ərzində, gənclərin öz
asudə vaxtlarını daha səmərəli və faydalı keçirmələri üçün təşkil edilən
layihələrin davamı olaraq, bu festivalın da əsas məqsədlərindən biri
istedadlı və bacarıqlı gənclərin daha böyük kütləyə tanıdılması, əlilliyi olan
şəxslərin cəmiyyətə inteqrasiya olunmasına dəstək verilməsidir.
Onlayn formada keçiriləcək festivalda iştirak etmək üçün müxtəlif könüllü
hərəkatlarını təmsil edən gənclər öz istedadlarını əks etdirən qısa videolar
göndərəcək, seçilən videolar onlayn festival boyunca izləyicilərə nümayiş
etdiriləcəkdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !