Kataçılarımız 3 qızıl, 1 gümüş və 9 bürünc medal... - -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

Kataçılarımız 3 qızıl, 1 gümüş və 9 bürünc medal... -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

Azərbaycan Milli Karate Federasiyasından (AMKF) aldığımız məlumata görə ölkəmizdə ilk dəfə olaraq, karate üzrə "Open Azerbaijan" Beynəlxalq Virtual Kata turniri keçirilib. Turnirdə 9 ölkəni təmsil edən 26 klubun heyətində 76 idmançı iştirak edib. Tunirə qatılan təmsilçilərimiz 3-ü qızıl, 1-i gümüş və 9-u bürünc əyarlı olmaqla 13 medal qazanıblar. Məlumata görə, yüksək səviyyədə bacarıq nümayiş etdirən
Elnurə Əzimzadə ("Arpaç medal ay" klubu, 8-9 yaş), Şəlalə Rüstəmova ("Qara-Qaplan" klubu, 10-11 yaş) və Həsənəli Həsənov ("Avey" klubu, 16-17 yaş) turnirinin qalibi olmaqla qızıl medala sahib olub. `16-17 yaş qrupunda çıxış edən Murad Cəfərli ("İnam" klubu) gümüş medala layiq görülüb. Akif Babayev ("Qara-Qaplan" klubu) və Elməddin Səlimli ("Arpaçay" klubu, hər ikisi 8-9 yaş uşaqlar), Aleksey Lapayev ("Arpaçay" klubu, 10-11 yaş), Elcan Həsənov və Əli Məmmədli (hər ikisi "Arpaçay" klubu, hər ikisi 12-13 yaş), Emin Namazov (Qazax rayonu) və Mirtalıb Talıbov (Salyan rayonu, hər ikisi 16-17 yaş), Humay Əmrahlı (Şəki rayonu, 8-9 yaş) və Ramilə Heydərova ("Arpaçay" klubu) isə üçüncü yeri tutmaqla bürünc mükafata layiq olublar.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !