FORMULA-1 Lyuis Hemltonun yeni mövsümdə 3-cü... - -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

FORMULA-1 Lyuis Hemltonun yeni mövsümdə 3-cü... -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Cari mövsümdə Formula-1 qzrə dünya çempionatı davam edir. Dünən Böyük Britaniyada çempionatın sayca 4-cü mərhələ yarışı (Qran-Pri) keçirilib. Silverston şəhərindəki eyniadlı avtodromda baş tutan bu yarışda 10 komandanı təmsil edən 20 pilot mübarizəyə qatılıb kiŞ onlardan da 17-si finiş xəttinə çatsa la, 3-ü mübarizəni yarımçıq bitirib. Yarışın qalibi adını isə "Mersedes"in britaniyalı pilotu Lyuis Hemlton qazanıb. Maraqlıdır ki, bu qələbə 5 qat dünya çempionu adını daşıyan Hemltonun cari mövsümdə ardı cıl 3-cü qələbəsi olub.Bu qələbə sayəsində xalının sayını 88-ə çatdıran Hemlton yarış cədvəlində onun ən yaxın izləyicisi olan öz komanda yoldaşı Valtteri Bottasla arasında olan xal fərqini 30-a çatdırıb. Yeri gəlmişkən, mövsümün ilk Qran-Prisinin qalibi olan Bottas bu yarışda yalnız 11-ci ola bilib. Silverstonda ikinci yeri qalibdən cəmi 5,856 saniyə geri qalan Maks Ferstappen ("Red Bull") tutub. İlk üçlüyü isə finişə Hemltondan 18,474 saniyə gec çatan Şarl Lekler ("Ferrari") tamamlayıb. Yürüşdə diqqət çəkən məqamlardan biri də, hər il Hemltonla çempionluq mübarizəsi aparan 4 qat dünya çempionu Sebastyan Fettel ("Ferrari") finiş xəttinə 10-cu sırada matmaqla cəmi bir xal qazana bilib. Bu isə ona yarış cədvəlində yalnız 13-cü olmaq imkanı verib. Maraqlıdır ki, Lyuis Hemlton Formula-1-in rəsmi saytı vasitəsi ilə azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə görə, bu mərhələnin ən yaxşı pilotu da seçilib. Hemlton bu qələbəni gərgin əmək və mübarizə sayəsində qazana bilib. Beləki bəlli yürüşə inamla liderlik edən britaniyalı pilot finişə bir dövrə qalmış problemlə üzləşib. Onun bolidinin sol təkəri partlayıb. Amma buna baxmayaraq, o, yenə də finişə birinci çatmağı bacarıb.
Geridə qalan 4 Qran-Pridən sonra pilotların yarış cədvəlində vəziyyət belə olub:
1. Lyuis Hemlton («Mersedes») – 88 xal
2. Valtteri Bottas («Mersedes») – 58
3. Maks Ferstappen («Red Bull») – 52
4. Lando Norris («Maklaren») – 36
5. Şarl Lekler («Ferrari») – 33
6. Aleks Albon («Red Bull») – 26
7. Serxio Peres («Reysinq Poynt») – 22
8. Daniel Rikardo («Reno») – 20
9. Lans Strol («Reysinq Poynt») – 20
10. Карлос Сайнс («Макларен») – 15
11. Эстебан Окон («Рено») – 12
12. Pyer Qasli («Alfa Tauri») – 12
13. Sebastyan Fettel («Ferrari») – 10
14.Antonio Covinattsi («Alfa Romeo») – 2
15.Daniil Kvyat («Alfa Tauri») – 1
16. Kevin Maqnussen («Xaas») – 1
17. Corc Rassell («Uilyams») – 0
18. Nikolya Latifi («Uilyams») – 0
19. Romen Qorjan («Xaas») – 0
20. Kimi Raykkonen («Alfa Romeo») – 0
21. Niko Xyulkenberq («Reysinq Poynt») – 0
Komandaların yarış cədvəli belədir:
1. «Mersedes» – 146 очков
2. «Red Bull» – 78
3. «Maklaren» – 51
4. «Ferrari» – 43
5. «Reysinq Poynt» – 42
6. «Reno» – 32
7. «Alfa Tauri» – 13
8. «Alfa Romeo» – 2
9. «Xaas» – 1
10. «Uilyams» – 0
Sayca 5-ci olan növbəti Qran-Pri avqustun 9-da olacaq.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !