Teymur Rəcəbov Top-10-da qalıb, Şəhriyar Məmmədyarovsa ..... - -FOTO=3

Teymur Rəcəbov Top-10-da qalıb, Şəhriyar Məmmədyarovsa ..... -FOTO=3

Federasiyası (ФИДЕ) dünya şaqhmatçılarının yeni reytinq cədvəlini elan edib. Xatırladaq ki, dünyanı ağuşuna alan koronavirus pandemiyası üzündən bir çox turnirlər təxirə salındığı üçün reytinq cədvlində o qədər də dəyişiklik olmayıb. Əvvəlki cədvəldə olduğu kimi, azərbaycan şahmatçılarından yalnız biri - Teymur Rəcəbov (2765 xal) ən güclülərin cəmləşdiyi Top-10-da yer alıb. Norveçli dünya çempionu Maqnus Karlsenin liderlik etdiyi cədvəldə Rəcəbov 9-cudur. ölkənin ən güclü şahmatçılarından biri olan Şəhriyar Məmmədyarov (2764) isə 11-ci yeri tutur. Kişilərdən ibarət yığmamızın digər üzvlərinə gəlincə, Qədir Hüseynov (2665) top-100-də 72-ci, Nicat Abbasov (2664) 74-cü, Rauf Məmmədovsa (2654) 91-ci pillədə yer alıb. Cədvəldə ilk üçlüyü müvafiq ardıcılıqla əvvəlki kimi yenə də Maqnus Karlsen (2863), ABŞ təmsilçisi Fabiano Karuana (2835) və çinli Linq Lijen (2791) bğlüşür. Zərtif cinsdən olanlarımıza gəlincə, Top-100-də cəmi 3 təmsilçimiz yer ala bilib ki, onlardan da Günay Məmmədzadə (2443) 29-cu, Gülnar Məmmədova (2382) 75- ci. Xanım Balacayeva (2376) isə 85-cidir. Qadınların cədvəlində ilk üç yeri çinli Xou İfan (2658), hindistanlı Xampi Koneru (2586) və Çinin digər təmsilçisi olan Yu Vençjun (2582) bölüşür. Yenə də norveçli dünya çempionu Maqnus Karlsenin (2881) liderlik etdiyi, fransalı Maksim Vaşye-Laqravın (2860) ikinci, çinli Dinq Lijenin (2836) üçüncü olduğu rapidə gəlincə, burada şahmatçılarımız arasında ən yaxşı nəticə Şəhriyar Məmmədyarova (2761) məxsusdur. O, 14-cü pillədə qərar tutub. Dəgər şahmatçılarımıza gəlincə, Teymur Rəcəbova (2758) 15-ci, Eltac Səfərli (2693) 48-ci, Qədir Hüseynov (2692) 50-ci, Rauf Məmmədovsa (2691) 51-ci yeri tutur.
Qadınların analoji reytinq cədvəlində yer alan təmsilçilərimiz arasında ən yaxşı nəticə Gülnar Məmmədovaya (2400) məxsusdur ki, o da 25-ci pillədə yer alıb. Daha bir şahmatçımız - Ülviyyə Fətəliyeva (2310) 72-cidir. Qeyd edək ki, çinli Xou İfanın (2621) birinci olduğu bu cədvəldə ikinci yeri onun həmvətəni Yu Vençujin (2610), üşüncü yerisə ukraynalı Anna Muzıçuk (2633) tutur.
Amerikalı Xikaru Nakamuranın (2900) birinci, Maqnus Karlsenin (2887) ikinci və Maksim Vaşye-Laqravın (2822) üçüncü olduğu blits üzrə reytinq cədvəlində isə Rəcəbov (2757) 19-cu, Məmmədyarov (2716) 34-cü, Rauf Məmmədovsa (2660) 66-cı yeri tutub. Qadınların blits reytinq cədvəlinə nəzər salsaq, fərqli mənzərənin şahidi olarıq. İlk üçlüyündə rusiyalı Katerina Laqno (2608), çin təmsilçiləri - Xou İfanla (2601) Tinci Leyin (2530) yer aldığı cədvəldə Azərbaycan şahmatçılarından Gülnar Məmmədova (2328) 36-cı, Türkan Məmmədyarova (2263) 74-cü, onun bacısı Zeynəb Məmmədyarova (2250) 86-cı, Günay Məmmədzadə (2242) 92-ci, Ülviyyə Fətəliyevasa (2240) 94-cüdür.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !