Gənc soydaşımız ABŞ Prezidentinin mükafatına layiq görülüb - - FOTO

Gənc soydaşımız ABŞ Prezidentinin mükafatına layiq görülüb - FOTO

Xarici ölkələrdə yaşayan soydaşlarımızın və övladlarının elm, təhsil və digər sahələrdə əldə etdikləri uğurlar Azərbaycanda böyük rəğbətlə qarşılanır.

Nyu-Yorkdakı Herbert Huver adına ibtidai məktəbin 4-cü sinfini başa vuran azyaşlı soydaşımız Maqsud Süleymanova ABŞ Prezidentinin Təhsil Mükafatı Proqramının sertifikatı təqdim olunub. O, bu mükafata 2020-ci tədris ilini müvəffəqiyyətlə başa vurduğuna görə layiq görülüb.

Qeyd edək ki, Maqsud Süleymanov Nyu-Yorkda fəaliyyət göstərən azərbaycanlı icmasının fəal üzvləri Hikmət Süleymanov və Nigar Pənahovanın övladıdır.

Azyaşlı soydaşımızı və valideynlərini bu mükafat münasibətilə təbrik edir, növbəti tədris illərində daha böyük uğurlar əldə etməyi, Vətənimizi uzaq Amerikada ləyaqətlə təmsil etməyi arzulayırıq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !