İcraçı direktoru, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını kəskin pisləyərək bəyanat yaydı. -

İcraçı direktoru, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını kəskin pisləyərək bəyanat yaydı.

“Biz dünya birliyi əgər bu ədaləti bərpa etməsək, gələcəkdə bu cür təcavüzlər, soyqırımlar, işğallar, dinc insanların öldürülməsi davam edəcək və daha da kəskinləşəcək.”
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə göndərdiyi bəyanatı Azərbaycan dilində tərcümə edərək diqqətinizə təqdim edirik.
Cari ilin 12 iyul tarixində məni də hər bi mütərəqqi insan kimi Ermənistan-Azərbaycan sərhəddində baş verən hadisələrə, regionda 30 ildir davam edən və Azərbaycan Respublikasının ərazi bütövlüyü probleminə münasibət bildirməyə məcbur etdi.
Bugün Azərbaycan üçün ən ağrılı, kəskin problem kimi gündəlikdə duran ölkənin ərazi bütövlüyü məsələsidir. Bu ölkənin tarixini dərindən bilməyən və savadsız insanlar üçün qeyri - adi olaraq belə bir sual yaranır, bu problemin səbəbi nədir?
Buna cavab olaraq bu münaqişənin əsas səbəbinin Ermənistanın Azərbaycana olan ərazi iddiası, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə əlaqəli olduğunu söyləmək lazımdır. Hamıya məlumdur ki, mərkəzdənqaçma tentensiyasını önləmək və "Sovet imperiyası"nın bütövlüyünü qorumaq üçün Sovet hakimiyyətinin idarəetmə sistemi"nin siyasi elitası ölkənin müxtəlif bölgələrində süni şəkildə alovlanmış millətlərarası qarşıdurmalar yaratmağa başladı.
Beləliklə, Sovet sisteminin elitası qondarma millətlərarası münaqişələri süni şəkildə alovlandıraraq tarixi keçmişin təcrübəsindən istifadə etdi. Keçmiş SSRİ məkanında bu bölgələrdən biri də tarixən Azərbaycan Respublikasına məxsus olan Dağlıq Qarabağ bölgəsi oldu.
Ermənistan-Azərbaycanla arasındakı Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə iki respublika arasında geniş miqyaslı qarşıdurmaya çevrilən bir münaqişənin yaranması ilə nəticələndi. Eyni zamanda qeyd etmək istəyirəm ki, xarici maraqlı qüvvələrin dəstəyi ilə erməni tərəfi dinc azərbaycanlı əhaliyə qarşı açıq təcavüzə keçdi. Nəticədə, təkcə Dağlıq Qarabağ deyil, ona yaxın bölgələrdə yaşayan Azərbaycan əhalisi Ermənistan silahlı qüvvələri tərəfindən etnik təmizləməyə və açıq soyqırıma məruz qaldı.
Erməni tərəfinin bu cür hərəkətləri nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, tarixi Şuşa şəhəri, eləcə də Dağlıq Qarabağ ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) qanunsuz olaraq işğal edildi. Bu bir ölkənin digər qonşu ölkəyə açıq ərazi iddiası və təcavüzüdür. Erməni təcavüzkarlarının zorakılığının qurbanları Azərbaycanın 20 min günahsız dinc sakinləri oldu. Bu təcavüz nəticəsində 50 min nəfər isə əlil və 4 866 nəfər itkin düşmüş sayılır. Ermənistan tərəfindən bu cür təcavüz, qanlı hadisələrə heç bir şəkildə əsas tapıla bilməz. Üstəlik, beynəlxalq hüququn prinsiplərinə görə, mülki və dinc əhaliyə qarşı həyata keçirilmiş soyqırım, cinayətlər beynəlxalq məhkəmə qarşısında cavab veməlidirlər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !