AZAL-ın reysi ilə 117 nəfər Azərbaycanlı Almatadan geri qayıtmışdır - - FOTO

AZAL-ın reysi ilə 117 nəfər Azərbaycanlı Almatadan geri qayıtmışdır - FOTO

Azərbaycanın milli aviadaşıyıcısı həmvətənlərin ölkəmizə qayıtması üçün çarter reyslərini yerinə yetirməyə davam edir. Belə ki, iyulun 24-də AZAL aviaşirkətinin çarter reysi ilə 117 Azərbaycan vətəndaşı Almatadan vətənə gəlmişdir.
 
Həmin reysə yalnız COVID-19 testinin neqativ nəticəsi barədə arayış təqdim edən sərnişinlər buraxılmışdır. Ölkəyə gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində olmalıdırlar.
 
Xatırladırıq ki, çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planı əsasında həyata keçirilir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !