Samboçumuz Vüqar Şirinli 2 illik cəzalanıb - (AZpressAZ) İNTİQAM Məmmədov

Samboçumuz Vüqar Şirinli 2 illik cəzalanıb (AZpressAZ) İNTİQAM Məmmədov

Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) daha bir idmançımızın dopinq qəbuluna görə 2 illik diskvalifikasiya edilməsi haqda məlumat yayıb. Bu dəfə adı cəzalanmaqla gündəmə gələn samboçumuz Vüqar Şirinli olub. O, 2 il müddətinə cəzalanmaqla bütün daxili və beynəlxalq yarışlardan kənarlaşdırılıb. Qeyd edək ki, yanvarın 14-dən qüvvəyə minən cəzanın müddəti 2022-ci ilin yanvarında başa çatacaq.
Bu arada bəlli olub ki, sambo üzrə Avropa çempionatına Rusiyanın Yekaterinburq şəhəri ev sahibliyi edəcək.
Çempionast noyabrın 27-dən 29-dək keçiriləcək.
Xatırladaq ki, ötən il təşkil olunan analoji yarışda Azərbaycan samboçuları 2 bürünc medal qazanıblar.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !