Dəmir Mayk yenidən peşəkar rinqə dönür O, Roy Consla dalaşacaq - -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

Dəmir Mayk yenidən peşəkar rinqə dönür O, Roy Consla dalaşacaq -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

90-cı illərin ən üzdə olan boksçusu, hamının Dəmir Mayk kimi tanıdığı Mayk Taysonun yenidən güclü məşqlərə başlaması və çəki atması heç də boşuna deyilmiş. Məlum olub ki, Dəmir Mayk 17 il öncə müəyyən səbəbdən baş tutmayan bir döyüşünü tamamlamaq istəyinə düşüb. "Spots.ru"nun yaydığı məlumata görə Tayson elə həmin illərin digər bir boks qəhrəmanı - Roy Consla rinq döyüşünə çıxacaq. Hər iki tərəfin razılığına əsasən bu qarşılaşma bu lin sentyabrında ABŞ-da baş tutacaq. Artıq boks həvəskarları əfsanəvi boksçuların bu döyüşünü izləməyə hazırlaşıblar.
Sentyabrda baş tutacaq bu döyüşün maraqlı bir tarixi var. Belə ki bəhs edilən döyüş əslində 17 il öncə baş tutmalı idi. Açıği həmin dövr Roy Consun idel və parlaq bir zamanıydı. O, peşəkar boksçular arasında ağır çəki dərəcəsində dünya çempionu olmaqla, böyük sensasiya yaratmışdə. Ondan fərqli olaraq, Tason isə karyerasını bitirmək üzrəydi. Bununla belə Cons həmin döyüşdən imtina etdi. Hansı ki o, həmin döyüşdə bütün karyerası ərəfəsində ən böyük məbləğdə pul qazana bilərdi (40 milyon dollar). Təəssüflər.....Çünki Cons daha böyük məbləğ istəyib.
Maraqlı məqamlardan biri də budur ki, Tayson 54 yaşında gözlənilmədən yaxşı formada olduğunu nümayiş etdirməklə 2020-ci ildə bir neçə şou arakterli döyüş kemirəcəyini elan etmişdi. Lakin Taysonun həvəskarları vı funsionerləri onun real döyüş keçirməsini istəyiblər. Bundan sonra o, yumruq döyüşləi promouteri olan "Bare Knuçkle FC" ilə 20 milyonluq müqavilə bağlayıb. "Sports.ru"nun yaydığı məlumata görə, 8 raundan ibarət olan döyüşün baş tutacağı gün yaxın bir həftədə dəqiqləşəcək.
Bu döyüşün baş tutacağı ilə bağlı xəbəri Roy Cons da təsdiq edib. "Bəli, bu doğrudur ki, mən əfsanəvi Maykla peşəkar rinq döyüşünə çıxacam.
Hesab edirəm ki, onunla rinq döyüşünə çıxmaq təklifindən imtina etmək dəlilik əlaməti olardı. Bəli mən heç də, yenidən rinqə dönmək istəmirəm. Ancaq Taysonun şərəfinə bu döyüşə razılıq verdim. Maraqlıdır ki, Dəmir Mayk onunla rinqə çıxmaq istəyinlər arasından yalnız məni seçib. Mən də belə bir fürsəti əldən vermək istəmədim. Əgər o belə istədisə, mən ondan necə imtina edə bilərdim?"
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !