Qarabağ Azərbaycandır! devizi altında vətənpərvərlik mövzusunda gənclərlə onlayn görüş keçirilmişdir. -

“Qarabağ Azərbaycandır!” devizi altında vətənpərvərlik mövzusunda gənclərlə onlayn görüş keçirilmişdir.

 Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi, "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzi, Azərbaycan İdman Könüllüləri İctimai Birliyi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 24 iyul 2020-ci il tarixində “Qarabağ Azərbaycandır!” devizi altında vətənpərvərlik mövzusunda gənclərlə onlayn görüş keçirilmişdir.
Onlayn görüşdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov,Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi polkovnik-leytenant Nicat Həsənov, "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva,Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin sədri Miraqil Seyidzadə, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev çıxış etmiş və gəncləri maraqlandıran suallara cavab vermişdir. Həmçinin gənclərin bir sıra təklifləri müzakirə olunmuşdur.
Tədbirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloq heyyəti, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin fəal üzvləri, Binəqədi rayonunun gəncləri fəal iştirak etmişdirlər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !