Yığmalarımızın Olimpiya cədvəli belədir -

Yığmalarımızın Olimpiya cədvəli belədir

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sayca 136-cı Sessiyası keçirilib. Videokonfrans formatında keçirilən bu toplantıda bu ilin yayında Tokioda (Yaponiya) keçirilməsi nəzərdə tutulmasına rəğmən koronavirus pandemiyasına görə bir illik təxirə salınan növbəti Yay Olimpiya Oytunlarının yarı. cədvəli təsdiq edilib. Beləliklə 2021-ci ildə iyulun 23-dən avqustun 8-dək keçiriləcək Olimpiadanın yarışlarına elə həmin gündən start veriləcək. Olimpiyaçılar idmanın 33 növündə mübarizə aparacaqlar. Amma Olimpiadaya lisenziya alan azərbaycanlı idmançılar isə iyulun 24-dən mübarizəyə qatılacaqlar. İlk olaraq, cüdoçularımız, ağır atletlərimiz snayperlərimiz, boksçularımız və taekvandoçularımız meydana çıxacaqlar. Boksçuların yarışı avqustun 3-dək davam edəcək. Snayperlərin çıxışı avqustun 2-də, ağır atletlərinki isə avqustun 4-də bitəcək. 24-29 avqust günündə avarçəkənlərimiz bacarıqlarını nümayiş etdirəcəklər. Həmyerlilərimizin iştirakı ilə keçiriləcək digər növlərər gəlincə, iyulun 24-dən avqustun 3-dək idman gimnastikası üzrə, 30-31 iyul aralığında batutçuların, 6-8 avqustda isə sinyorların (bədii gimnastika) yarışı keçiriləcək. Avqustun 1-dən güləşçilər mübarizəyə qatılacaqlar. 5-7 avqustda isə Olimpiadaya ilk qatılan karatemilər nəyə qadir olduqlarını göstərəcəklər.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !