Gənclər Birliyinin bir qrup üzvü şəhid mayor Anar Novruzovun məzarını ziyarət ediblər - -FOTO=5 (AZpressAZ)Ə.Şükürov

Gənclər Birliyinin bir qrup üzvü şəhid mayor Anar Novruzovun məzarını ziyarət ediblər -FOTO=5 (AZpressAZ)Ə.Şükürov

Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının Gənclər Birliyinin bir qrup üzvü şəhid mayor Anar Novruzovun məzarını ziyarət ediblər

Bu gün, iyulun 17-də Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının Gənclər Birliyinin bir qrup üzvü rayonda tətbiq edilən sərtləşdirilmiş karantin rejiminin tələblərinə riayət etməklə Ərkivan qəsəbəsində dəfn edilən mayor Anar Novruzovun məzarını ziyarət ediblər.
Rayonun gəncləri erməni təxribatının qurbanı olan Azərbaycan Ordusunun zabitinin məzarı önünə gül dəstələri düzərək ona hörmət və ehtiramlarını bildiriblər.
Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun mayoru Anar Novruzov qəhrəmancasına şəhid olub.
İndi dillər əzbərinə çevrilən, el sevimlisi, şəhid zabit Anar Novruzov iyulun 14-də Masallı rayonunun Ərkivan qəsəbəsində torpağa tapşırılıb.
44 yaşı olan zabitin iki övladı var.
Allah rəhmət eləsin!
Allah bütün şəhidlərimizi rəhmət eləsin!
Şəkilləri fotoqraf Elsevər Əliyev təqdim edib.
ƏLİHÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !