"Şahmat əfsanələri" turniri keçiriləcək amma, bizsiz - -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

"Şahmat əfsanələri" turniri keçiriləcək amma, bizsiz -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun da qatıldığı "Summer of Seattle" onlayn şahmat turniri davam edir. Dairəvi sistem üzrə keçirilməklə iki dövrədən və 6 turdan ibarət olan turnirdə altıq ilk üç tur geridə qalıb. Maraqlıdır ki, startda rusiyalı Vladimir Fedosyevlə sülh bağlayan həmyerlimiz nəvbəti iki turda müvafiq olaraq, vyetnamlı Le Kuanq Lyem və ABŞ təmsilçisi Ceffri Şonq üzərində qələbə çalaraq, yarışın vahid liderinə çevrilib. Hazırda 3 turdan sonra aktivində 2,5 xalı olan Məmmədyarov ən yaxın izləyicisi olan Fedosyevi yarım xal qabaqlayır. Sabah turnirdə 4-cü turla ikinci dövrəyə start veriləcək.
İNTİQAM Məmmədov
Şahmat üzrə hazırki dünya çempionu Maqnus Karlsenin (Norveç) təşəbbüsü ilə iyulun üçüncü onluğunda onlayn "Şahmat zfsanələri" tuniri keçiriləcək. Təəsüflər olsun ki, iyulun 21-də startı veriləcək bəlli turnirdə Azərbaycan təmsilçilərindən heç kəs iştirak etməyəcək. Bizsiz düzənlənəcək turnirdə hindistanlı sabiq dünya çempionu Vişvanatan Anand, çinli Dinq Lijen, izrailli Boris Qelfand, ukraynalı Vasili İvançuk, hollandiyadan olan Aniş Qiri, Macarıstan təmsilçisi Peter Leko və rusiyalı şahmatçılar - Vladimir Kramnik, Petr Svidler və Yan Nepomniyaşiy mübarizə aparacaq.
Xatırladaq ki, ötən ay Karlsenin təşəbbüsü ilə daha bir turnir - "Chessable Masters" keçirilib. Həmin turnirdə iştirak edən həmyerlimiz Teymur Rəcəbov mübarizə apardığı B qrupunsa 4,5 xalla 56 iştirakçı arasında 5-ci olmuşdu.
İNTİQAM Məmmədov
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !