Azərbaycan və Özbəkistanın şagirdləri arasında " İstedadlı uşaqların sorağında" adlı Onlayn-Festival keçirilib. - -FOTO=5

Azərbaycan və Özbəkistanın şagirdləri arasında " İstedadlı uşaqların sorağında" adlı Onlayn-Festival keçirilib. -FOTO=5

Cari il iyulun 11-də və 14-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan və Özbəkistanın şaqirdləri arasında beynəlxalq onlayn - festival keçirilmişdir.
"İstedadlı uşaqların sorağında" adlı festivalın əsas məqsədi - istedadların üzə çıxarılması, onların bacarıqlarının nümayiş etdirməsi, gələcəkdə daha böyük uğura həvəsləndirilməsi və stimullaşdırılmasıdır.
Onlayn festival Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun iştirakçılara müraciəti ilə açılıb. O, çıxışında uşaqların müstəqil ölkələrimizin gələcəyi olduğunu qeyd edib. Azərbaycanda və Özbəkistanda gənc nəslin dövlət tərəfindən qayğı və diqqətlə əhatə olunduğunu söyləyən diplomat Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevdən sitat gətirib: “Hər bir xalqın ən böyük və dəyərli sərvət onun uşaqlarıdır”. O, Heydər Əliyev Fondunun uşaqların inkişafı və onlara qayğı məqsədi ilə həyata keçirdiyi çoxsaylı layihələrdən danışıb.
Sonra Festival iştirakçıları öz istedadlarını incəsənətin bir neçə istiqamətdə təqdim ediblər: musiqi alətlərində ifa, vokal, rəqslər, şeirlərin ifadəli oxunması, təsviri sənəti, əl işləri, mental hesablama və s. sahələrdə hər bir iştirakçı öz bacarıq və qabiliyyətini nümayiş etdirib.
Çıxış edənlər arasında Humay Bayramzadə musiqi alətində Azərbaycanın "Sarı gəlin" xalq mahnısını, Fatimə Babayeva "Gəl ey səhər" mahnısını, Əsmə Quluzadə milli rəqslərimizi, habelə fortepianoda Əli Abbaslı, Akmal Əzizov Azərbaycan klassik əsərlərini ifa etmişlər. Bundan başqa, Azərbaycan və Özbəkistan dostluğunun əks etdirən rəsmlər, əl işləri, şeirlər şagirdlər tərəfindən təqdim olunub.
Çıxışlar rəğbətlə qarşılanmış, Festivala maraq və müraciət edənlərin sayının çox olduğunu nəzərə alan Azərbaycan Mədəniyyət Mərkəzi onu 2 gün ardıcıl təşkil edib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !