Səhiyyə işçisimiz COVID-19 test dəstinin istifadəsi - Onlayn Təlim Proqramında iştirak edir

Səhiyyə işçisimiz COVID-19 test dəstinin istifadəsi Onlayn Təlim Proqramında iştirak edir

Səkkiz səhiyyə işçisimiz KOICA-nın təşkil etdiyi “Tibb mütəxəssislərinin infeksion xəstəliklər üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi: COVID-19 test dəstinin istifadəsi” məzmunlu Onlayn Təlim Proqramında iştirak edir

Azərbaycan Respublikasının müxtəlif xəstəxanalarından, tibb müəssisələrindən və qurumlarında olan səkkiz tibb işçisi 14 İyul 2020-ci il tarixindən başlayaraq “Tibb mütəxəssislərinin infeksion xəstəliklər üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi: COVID-19 test dəstinin istifadəsi” məzmunlu Onlayn Təlim Proqramında iştirak edir. Təlim Proqramı Koreyanın inkişaf əməkdaşlığı üzrə nümayəndəlik agentliyi olan Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Koreyada tibb sahəsində ən böyük təhsil müəssisəsi olan Yonsei Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Təlim Proqramının hazırlanmasında məqsəd böhranın ön cəbhələrində çalışan tibb işçiləri və rəhbərlərinin COVID-19 təhlükəsinə tez və effektiv cavab vermək bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda tibb işçilərinin öz sağlamlıqlarının qorunması üzrə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir. Proqram, Koreyanın infeksiyaya nəzarət, pasiyentə qulluq sistemi, nümunələrin toplanması və nəqli, diaqnostik test və müalicə kimi təcrübələri də daxil olmaqla səkkiz xüsusi moduldan ibarətdir və təlim proqramı 2 həftə olmaqla 27 iyul tarixinədək davam edəcəkdir. Təlim müddətində Yonsei Universitetinin infeksiyon xəstəliklər üzrə tanınmış professorları COVID-19 üçün diaqnostik test və müalicə üsulları və prosesinə dərindən toxunacaqlar. Təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqi məqsədilə təlimdən öncə bütün iştirakçılar Pre-test suallarını cavablandırıblar. Təlim tamamlandıqdan sonra iştirakçılar Sertifikatla təltif ediləcəkdir.
KOICA Azərbaycna Nümayəndəliyinin Ölkə üzrə Dirktoru xanım Park Kumok qeyd etdi ki, COVID-19 sərhədlər tanımır və Koronavirus Pandemiyasının Azərbaycan da daxil olmaqla tərəfdaş ölkələrdə yayılmasının qarşısının alınması və virusa mübarizə aparılması məqsədilə biz hər birimiz həmrəylik, birlik və məsuliyyət göstərməliyik. "İnanıram ki, təlim proqramı Azərbaycanda səhiyyə işçilərinin virusa yoluxma riskini azaltmağa və xəstə insanların bu virusdan qorunmasına öz töhfəsini verəcəkdir" deyə xanım Park əlavə etdi.
Cənubi Koreya, COVID-19 virusuna uğurla qalib gələn ilk ölkələrdən biridir. Cənubi Koreyanın COVID-19 pandemiyasına verdiyi cavab dünyanın hər yerində rəğbət qazanıb. Koreyanın virusa qarşı təsirli tədbirləri çox saylı testlərin götürülməsi, aktiv izləmənin həyata keçirilməsi və xəstələrin sürətli müalicəsinin aparılmasına əsaslanır. K-karantin modeli COVID-19 pandemiyasına cavab vermək üçün dünyada tətbiq edilə biləcək ən optimal modeldir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !