Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən videokonfrans - -FOTO=5

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən videokonfrans -FOTO=5

Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin “Beyin Qazanma Proqramı” çərçivəsində 11 iyul 2020-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası üçün “Covid-19 pandemiyası zamanı virtual sosiallaşmanın əhəmiyyəti (mədəniyyətimizin təbliği, təqdimatı və qorunması”) mövzusunda videokonfrans keçirilmişdir. “Zoom” proqramı vasitəsilə keçirilən videokonfransda BMA-nın professor və tələbə heyəti iştirak etmişlər.
Qeyd edək ki, videokonfransda Bakı Musiqi Akademiyasının “Beynəlxalq əlaqələr və tərbiyə işləri” üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, Fəlsəfə elmləri doktoru, Sənətşünaslıq doktoru, professor Mina Hacıyeva (moderator), Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin böyük məsləhətçisi Lalə İsgəndərova, Oman Respublikasının Sultan Qabus Universitetində fortepiano müəlliməsi və Sənətşünaslıq üzrə fəlsəfə doktoru Dr.Vüsalə Yusif məruzəçi qismində çıxış etmişlər.
Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin xarici ölkələrdə yaşayan nümayəndələri də konfransda iştirak edərək, mövzu ətrafında suallar və müzakirələr aparmışlar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !