Xalqımız heç vaxt qorxunun köləsi olmaq fikrində olmayıb və olmayacaqdır... - Nərgiz Cəfərova

Xalqımız heç vaxt qorxunun köləsi olmaq fikrində olmayıb və olmayacaqdır... Nərgiz Cəfərova

Xalqımız hər zaman torpaqlarımız uğrunda döyüşməyə hazır və qadirdir.Bəli biz bir neçə gün əvvəl birlik göstərərək,Şəhidlər Xiyabanında ordumuza dəstək olduq amma əfsuslar olsun ki,içimizdə olan bəzi təxribat xarakterli yürüş keçirdən,qruplaşmalar polislərimizə hücum edib onlara zərər verməyə çalışdılar.Milli Məclisin binasına hücum edib təxribat xarakterli nümayiş göstərdilər.Biz hal- hazırda torpaqlarımız Vətənimiz üçün birlikdə olub,düşmənə öz gücümüzü göstərməliyik...Azərbaycan xalqı öz təbiəti xarakteri ilə hər zaman sülhsevər olmuş heç kəsin torpağına göz dikməmiş kiməsə təcavüz etməyi özünə rəva bilməmişdir.Azərbaycan şəhidlərinin,döyüş iştirakçılarının eləcə də iyul ayının 13-14 nə keçən gecə Tovuz rayonunda ermənilərin atəşkəsi pozması nəticəsində General mayor Polad Həşimov,polkovnik İlqar Mirzəyev,əsgər Mustafayev Elçin kimi şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın keçdiyi şərəfli yol onu göstərir ki, xalqımız heç vaxt qorxunun köləsi olmaq fikrində olmayıb və olmayacaqdır...Hərbiçi qardaşlarımızın ruhu qarşısında baş əyirik.Allah şəhidlərimizə rəhmət eləsin.Vətən sərhəddən başlıyır. Vətən sağ olsun...
Nərgiz Cəfərova  AZpress.AZ saytının admini

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !