Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Binə şəhidlərini anmışdır. - -FOTO=6

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Binə şəhidlərini anmışdır. -FOTO=6

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Binə şəhidlərinə həsr olunmuş"Şəhidlər Unudulmur"adlı təqdimatını sosial şəbəkə istifadəçilərinə və izləyicilərinə təqdim etmişdir.Təqdimatda Binə qəsəbəsindən şəhid olmuş oğulların şərəfli tale yolu,şücaətləri əks olunmuşdur.
Qeyd edək ki,Binə öz şəhidləri ilə fəxr edir və hər zaman onları işıqlandırır.Gənclərin vətənpərvərlik ruhunun aşılanmasında kitab və kitabxanaların rolu böyükdür.
Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz öz qanları bahasına bu gün tarixin yeni səhifələrini yazıblar.Onlardan 27 nəfər Binə qəsəbəsinin şəhidləridir. Vətənpərvərliyin ən ali məqamı - şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil.Xarakterin, tərbiyənin,mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. O,elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf adlanan heç nə yoxdur.
1988-ci ildən başlayaraq işğalçı ermənilərin növbəti fitnəkarlığının qurbanları olan Azərbaycan övladlarının döyüş məharətini, Şəhidlik zirvəsinə gedən yolunu tez-tez yada salaq,onu heç unutmayaq.
Vəzifəsindən, yaşından aslı olmayaraq hər bir azərbaycanlı Şəhidlərin adlarını əbədiləşdirmək,xatirələrdə yaşatmaq üçün əlindən gələni etməlidir.
“Azərbaycan naminə şəhid olanlar xalqımıza məxsus olan uca dəyərləri əbədiləşdirirlər. Hər birimiz torpaqlarımızın azadlığı uğrunda döyüşə hazırıq. Şəhidlərin xatirəsini yad etmək hər bir vətəndaş üçün vacibdir. Belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik.”
Video-slaydı aşağıdakı keçiddən izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=bIATevxzO4o 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !