Milli Məclisin sədri parlamentin inzibati binasına dəyən ziyanla tanış olub - -FOTO=7

Milli Məclisin sədri parlamentin inzibati binasına dəyən ziyanla tanış olub -FOTO=7

Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Ceyhun Əliyev ötən gecə parlamentdə baş verən hadisələrlə bağlı jurnalistlərə açıqlama verib.
Bildirib ki, vətəndaşların bir qismi qanunsuz olaraq Milli Məclisin inzibati binasına daxil olub və bəzi dağıntılar törədib. Daha sonra polis onlara binanı tərk etmək üçün çağırış edib və binadan çıxarılıblar.
“Yürüş iştirakçıları polis tərəfindən Milli Məclisin inzibati binasından çıxarıldıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarova dərhal yaranmış vəziyyətlə yerində tanış olub və yaranmış vəziyyətdə fəsadların aradan qaldırılması üçün tapşırıq verib”.
Fotoları təqdim edirik:
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !