Bəhruz Həsənov: - Ehtiyac yaranacağı təqdirdə döyüş xəttinə axın edərik

Bəhruz Həsənov: Ehtiyac yaranacağı təqdirdə döyüş xəttinə axın edərik

 "Mən demişdim" ədasına qapılmaq istəmirəm, amma gecə baş verən təxribatlardan bir neçə saat öncə nizamsız kütləvilik barədə status yazmış, öz narahatlığımı ifadə etmişdim( Bundan öncəki).Hətta etiraz edənlər də olmuşdu. Təəssüf ki, narahatlığımın əbəs yerə olmadığı çox keçmədən öz təsdiqini tapdı. Dövlət və qanun qarşısında məsuliyyət daşıyan bəlli ünvanlar tərəfindən yox, məhcul qüvvələr tərəfindən təşkil edilən hər aksiya təhlükəlidir. Çünki pərdə arxasından idarə edilir. Təşkilatçı kamuflyaj olunub. Bu kimi durumlarda soyuqqanlı olmaq zəruridir. Xalqımızın vətənpərvərliyi insanda qürur hissi oyadır, amma vətənpərvərlik, haqlı olaraq, xalqımızın ən emosianal nöqtəsidir. Görünür, məhz bu nöqtəyə təmas etməyə cəhd edənlər oldu. Emosiyanı yönəltmək, qəzəbə çevirmək, qarşıdurma yaratmaq. Mənzərə budur! Bunu da qeyd edim ki, kütlənin qapıldığı emosiyanı körükləyənlər polis maşınını aşırdanlarla eyni dərəcədə məsuliyyət daşıyırlar. Təxribatları xalqın üsyanı kimi qələmə verənlər isə gecə yürüşdən canlı yayım edənlər idi. Meydan.tv, Azadlıq radiosu başda olmaqla "sapı özümüzdən olan baltalar"ın canfəşanlıqla tirajladıqları hər bir məsələ dövlətimizin əleyhinədir. Bəs, təxribatçılarla polis arasında qarşıdurma dərinləşsəydi nə olacaqdı? Günahkar kim olacaqdı? İsteriya içində olan bu qədər insanı şəhərin mərkəzinə, parlamentə kim yönəltdi? Nizamsız və xaotik hərəkətlər nə zamandan bəri ölkə ictimaiyyəti, aydın şüur tərəfindən dəstəklənməyə başlanıb? Maraqlı suallardır, elə deyilmi? Ehtiyac yaranacağı təqdirdə döyüş xəttinə axın edərik, erməninin qarşısına çıxarıq deyə yazmışdım,təbii edərik, amma döyüşün Bakı küçələrinə transferinə cəhd olunması ən böyük "ermənilik" deyilmi?! Gecəboyu millət vəkilləri, tanınmış ictimai xadimlər harda idilər, efirdə gözlərimizi yağır edən "kontent"çilər harda idilər bəs? Contentə commentlə yön verməyi bacarmaq üçün onu duymalısan, hər hüceyrəsinə bələd olmalısan. Alt qatlarda gedən, gedə biləcək prosesləri hiss etməlisən. Bir az çətin oldu, hə?
15 iyul 2016-cı ildə Türkiyədə parlamentə hücüm edən qaragüruhla, 15 iyul 2020-ci ildə Azərbaycanda parlamentə hücüm edən qaragüruhun niyyəti arasında çoxmu böyük fərq var?!
Bir daha təkrar edirəm: Xalq olaraq səbrli və təmkinli olmalıyıq. Dövlətimiz hər nəsnənin öhdəsindən gələcək!

 

************

9 saat əvvəlin qeydləri:
Xalqımız haqlı olaraq qəzəblidir, hər birmiz qisas eşqi ilə alışıb yanırıq. Amma soyuqqanlı və təmkinli olmalıyıq. Bakı küçələrindən həvəslə canlı yayım edən bəzi internet informasiya resurslarının və sosial media aktivistlərinin canfəşanlığı məni qayğılandırır ( Hamıya aid deyil). Bilirəm ki, səmimi deyillər, məkrlidirlər. Küçə və meydanlarda Qarabağ deyə hayqıran gənclərimizin vətənpərvərliyi insanı qürurlandırır. Bəli, tarixi anlara şahidlik edirik. Amma vətənpərvərlik həm də qanunlara riayət etməkdir. Karantin rejimində olduğumuzu da unutmamalıylq. Ehtiyac varsa hamımız cəbhə xəttinə axışaq, mövzu vətən torpağıdırsa nə epidemiya. Amma ehtiyac yoxdur axı. Ordumuz güclü, dövlətimiz möhkəmdir! Gün gələcək qələbə paradında iştirak edəcəyik. Bir az səbr və təmkin... İndiki situasiyada sosial mediada daha çox faydalı olmaq mümkündür,

nəinki küçələrdə.
P.S. "Mən demişdim" ədasına qapılmaq istəmirəm, amma bu statusu gecə baş verən təxribatlardan bir neçə saat öncə yazmışdım. Əminəm ki, kütlənin qapıldığı emosiyanı körükləyənlər polis maşınını aşırdanlarla eyni dərəcədə məsuliyyət daşıyırlar. Təxribatları xalqın üsyanı kimi qələmə verənlər gecə yürüşdən canlı yayım edənlər idi. Meydan.tv, Azadlıq radiosu başda olmaqla "sapı özümüzdən olan baltalar"ın canfəşanlıqla tirajladıqları hər bir məsələ dövlətimizin əleyhinədir. Bəs, təxribatçılarla polis arasında qarşıdurma dərinləşsəydi nə olacaqdı? Günahkar kim olacaqdı? İsteriya içində olan bu qədər insanı, şəhərin mərkəzinə parlamentə kim yönəltdi? Nizamsız və xaotik hərəkətlər nə zamandan bəri ölkə ictimaiyyəti tərəfindən dəstəklənməyə başlanıb? Maraqlı suallardır, elə deyilmi? Ehtiyac yaranacağı təqdirdə döyüş xəttinə axın edərik, erməninin qarşısına çıxarıq deyə yazmışdım,təbii edərik, amma döyüşün Bakı küçələrinə transferinə cəhd olunması ən böyük ermənilik deyilmi?! Gecəboyu millət vəkilləri, tanınmış ictimai xadimlər harda idilər, efirdə gözlərimizi yağır edən "kontent"çilər harda idilər bəs? Contentə commentlə yön verməyi bacarmaq üçün onu duymalısan, hər hüceyrəsinə bələd olmalısan. Alt qatlarda gedən, gedə biləcək prosesləri hiss etməlisən. Bir az çətin oldu, hə?
15 iyul 2016-cı ildə Türkiyədə parlamentə hücüm edən qaragüruhla, 15 iyul 2020-ci ildə Azərbaycanda parlamentə hücüm edən qaragüruhun niyyətləri arasında çoxmu böyük fərq var?!
Bir daha təkrar edirəm: Xalq olaraq səbrli və təmkinli olmalıyıq. Dövlətimiz hər nəsnənin öhdəsindən gələcək!
BƏHRUZ HƏSƏNOV

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !