Şuxrat Barlas: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı destruktiv mövqe nümayiş etdirir -

Şuxrat Barlas: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı destruktiv mövqe nümayiş etdirir

“Iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonundakı mövqelərini ələ keçirmək üçün təxribat törədib, artilleriyadan istifadə etməklə rayonun Ağdam kəndini atəşə tutub, nəticədə Azərbaycan ordusunun dörd hərbçisi ölüb, yaralananlar var”.
Bu sözləri tanınmış özbək tarixçisi, politoloq, Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ problemi ilə bağlı bir sıra kitabın müəllifi Şuxrat Barlas deyib.
Şuxrat Barlas bildirib ki, Azərbaycana qarşı baş verən bu təxribat qondarma Dağlıq Qarabağ tərəfdən yox, Ermənistan ərazisindən törədilib. İyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında bu məsələ ətraflı müzakirə edilib. Dövlət başçısı öz çıxışında Azərbaycanın dövlət sərhədinin Tovuz istiqamətində ermənilərin təxribatı haqqında ətraflı danışıb, rəsmi İrəvanın xarici siyasət kursuna dəqiq və konkret qiymət verib.
Şuxrat Barlas deyib:”Həqiqətən də Ermənistan bu günə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bğlı destruktiv mövqe nümayiş etdirir. İllər boyu sürən nəticəsiz danışıqlar, Ermənistanın “status-kvo”nu qoruyub saxlamaq cəhdi münaqişənin həllində irəli getməyə imkan verməyib.
Ş. Barlas vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycanın Ermənistan tərəfdən işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı dörd qətnamə qəbul edib. Ancaq indiyədək işğaıçı Ermənistan bu nüfuzlu beynəlxalq təşkilatın sənədlərinə məhəl qoymur, bununla da dünya birliyinə meydan oxuyur.
Ş. Barlas söhbətinin sonunda deyib: ”İnanıram ki, haqq-ədalət zəfər çalacaq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu öz sözünü deyəcək və çox sevdiyim ölkənin torpaqları həqiqi sahibinə qaytarılacaq. Mən buna əminəm.”

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !